Bakıda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin XIV Forumu keçirilib

Bakıda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin XIV Forumu keçirilib

İyunun 28-də Bakıda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XIV Forumu keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşkilatçılığı ilə baş tutan Forumda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya, Rumıniya və Şimali Kipr Türk Cümhuriyyətindən nümayəndə heyətləri iştirak ediblər.Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub.Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.Şəhidlər xiyabanına gələn Forum iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.Sonra Forum öz işinə başlayıb. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqələlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və  ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanda təhsil sahəsinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətini təşkil edir: “Hər il Azərbaycanda təhsil infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılır, yeni-yeni məktəb binaları inşa olunur, təmir edilir, təhsil müəssisələrinin maddi-texniki təminatı daha da gücləndirilir, təhsilin inkişafını təmin edən dövlət proqramlarının icrası davam etdirilir, yeni strateji layihələr qəbul olunur. Həmçinin təhsil sahəsində çalışan insanların sosial təminatının yaxşılaşdırılması da daim dövlət tərəfindən diqqət mərkəzində saxlanılır. Hər il dövlət büdcəsində təhsilə ayrılan vəsaitin miqdarı əhəmiyyətli şəkildə yüksəlir, təhsil işçilərinin əməkhaqları artırılır.ATİAHİ RK-nın fəaliyyətindən danışan S.Möhbalıyev qeyd edib ki, təşkilat təhsil işçilərinin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, təhsil sektorunda çalışan işçilər və təhsilalanlarla müəssisə rəhbərləri arasındakı əmək münasibətlərinin normal məcrada qurulması, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları ilə bağlı yarana biləcək ziddiyyətlərin aradan qaldırılmasında və qanuni mənafelərinin qorunması ilə bağlı müəyyən etdiyi məqsədlərə nail olmaq üçün Azərbaycan Təhsil Nazirliyi ilə də yaxından əməkdaşlıq edir. Həmçinin təşkilat həmkarlar ittifaqı üzvlərinə daha yaxşı xidmət edə bilmək üçün dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən yararlanır.S.Möhbalıyev bildirib ki, ATİAHİ RK-nın təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də UAESEB-dir: “Bu birlik 2006-cı ildə Türk Egitim-Sen, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycanın Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə qərarı ilə təsis edilib. Sonradan bu birliyə İraq, Şimali Makedoniya, Şimali Kipr Türk Cümhuriyyəti, Ruminiya və Kosovada fəaliyyət göstərən türkdilli təşkilatlar da qoşulub. Ümid edirik, bu təşkilatın  sıraları daha da genişlənəcək və tez bir zamanda Özbəkistan və Türkmənistanın, eləcə də digər qardaş ölkələrin həmkarlar ittifaqı təşkilatları da bu quruma qoşulacaq. Bu birliyin yaradılması türkdilli ölkələrin təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının, eləcə də türkdilli xalqların yaşadığı ölkələrdə fəaliyyət göstərən təşkilatlar, dərnəklər arasında əlaqələrin qurulmasına xidmət edir. Əminliklə demək olar ki, təşkilat uğurlu fəaliyyət göstərir və keçən müddət ərzində qarşısına qoyduğu məqsədlərə nail ola bilib”.S.Möhbalıyev bildirib ki, bu gün türkdilli ölkələr arasında çox yaxın münasibətlər var. Bu ölkələr bir birinə yaxından dəstək verir. Azərbaycan olaraq biz bu dəstəyi II Qarabağ savaşında bir daha gördük.AHİK sədri UAESEB-in XIV Forumun fəaliyyətinə uğurlar arzulayıb.Sonra tədbirdə Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Forumun əhəmiyyətindən, təhsil sahəsində türkdilli ölkələr arasında əlaqələrin inkişafından və son illərdə Azərbaycan təhsilində əldə olunmuş nailiyyətlərdən bəhs edib.Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin və Türk Egitim-Senin sədri Talip Geylan UAESEB-nin yaradılmasının məqsədlərindən, funksiyalarından, həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, Türkdilli ölkələr arasında əlaqələr bütün sahələri əhatə etməklə yüksələn xətlə inkişaf etməkdədir. O bildirib ki, rəhbəlik etdiyi qurum türkdilli dövlətlər arasında mövcud olan münasibətlərin daha da dərinləşməsində, təhsil sahəsində əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynamaqdadır.O, Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını düşməndən təmizləməsini bütün Türk dünyasının parlaq qələbəsi adlandırıb. Qeyd edib ki, Türk dövlətlərinin heç bir ölkənin torpaqlarında gözü yoxdur: “Biz bunu 44 günlük Vətən müharibəsində da gördük. Azərbaycan Ordusu dünya ölkələrinin təzyiqlərinə baxmayaraq, qəhrəmanlıq göstərərək tarixi Zəfərə nail oldu. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Qarabağ problemi bitib və Qarabağ Azərbaycandır! Ermənistan gərək bundan sonra normal qonşuluq siyasətini davam etdirsin. Əks halda, özünə problem yaradacaq”.Digər çıxış edənlər – Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşeva, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Asilbek Toktoqulov, Şimali Makedoniya İnformasiya və İdarəetmə nazirinin müşaviri, Üfüq Dərnəyinin sədri Elvin Hasan, Kipr Türk Məmur-Senin sədri Akın Manqa, Rumıniya Türk Demokrat Birliyi Təhsil Komissiyasının sədri Vildan Bormambet və Özbəkistan Təhsil, Elm və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Ravşan Bedilov ölkələrində həmkarlar ittifaqlarının fəaliyyətindən, cəmiyyətin inkişafında rolundan, ölkənin ictimai həyatında xidmətlərindən söz açıblar. Həmçinin UAESEB-nin ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən danışıblar. Bütün çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılmış qələbə münasibətilə azərbaycanlı həmkarlarına təbriklərini çatdırıb və bunu Türk dünyasının şanlı tarixi adlandırıblar.Tədbirin sonunda UAESEB-nin XIV Forumunun yekun Bəyanatı səsə qoyularaq qəbul edilib.1-7.jpg 201.94 KB2-7.jpg 213.54 KB3-7.jpg 192.93 KB4-6.jpg 157.54 KB4A.jpg 232.06 KB4B.jpg 113.92 KB5-4.jpg 157.42 KB6-2.jpg 101.16 KB

28.06.2022

“Monitorinqlər nəticəsində müəssisələrdə aşkar edilmiş 9316 nöqsanın 91 % aradan qaldırılıb”

“Monitorinqlər nəticəsində müəssisələrdə aşkar edilmiş 9316 nöqsanın 91 % aradan qaldırılıb”

Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfrans öz işinə başlayıb.Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edir.Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev öncə BƏT-in iştirakı ilə hazırlanan və həyata keçirilən “2016-2020-ci illər üzrə Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əhəmiyyətindən danışıb. Bildirib ki, Proqram işçilərin əmək hüquqlarının  qorunması, təhlükəsiz, layiqli və məhsuldar iş şəraitinin yaradılması baxımından olduqca vacibdir: “Onun icrası sosial tərəfdaşlığın inkişafına, sosial ədalət prinsiplərinə əməl edilməsinə, əmək münasibətlərinin tənzimlənməsinə güclü təsir göstərib. 2016-2020-ci illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi reformalar, hərtərəfli islahatlar proqramda nəzərdə tutulan hədəflərə çatmağa şərait yaradıb”.S.Möhbalıyev qeyd edib ki, AHİK ilk gündən Proqramın icrasına dair özünün Konsepsiyasını qəbul edib və sənədin icrası üçün əməli tədbirlər həyata keçirib: “Beynəlxalq Əmək Təşkilatı ilə birgə 8 seminar və konfrans keçirdik. Proqramda həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı bir neçə indikatorun yerinə yetirilməsi istiqamətində addımlar atılıb, müsbət nəticələr əldə edilib. Belə ki, bu illər ərzində həmkarlar ittifaqlarının sıraları çoxalıb, kollektiv müqavilələrin və sazişlərin sayı artıb. Hər il orta hesabla 140 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb”.S.Möhbalıyev vurğulayıb ki, AHİK qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində maarifləndirici və təlimatlandırıcı tədbirlər keçirib və bu tədbirlər əsasən ölkənin bütün regionlarını əhatə edib: “AHİK-lə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında özünəməşğulluğun təmin edilməsinə köməklik göstərilməsi məqsədilə imzalanan Memoranduma uyğun olaraq, Məşğulluq Agentliyinə 200 min manat vəsait ödənilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə sosial həssas əhali qrupları üzrə Sahibkarlığın İnkişafına yardım göstərilməsi məqsədilə 150 min manat vəsait köçürülüb”.İşçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də bir sıra vacib işlərin görüldüyünü diqqətə çatdıran AHİK sədri bildirib ki, “Sağlam və təzlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müsabiqəsində 5 il ərzində 11096 idarə və müəssisə iştirak edib: “Onların 669-u qalib hesab edilib. Müsabiqələrin keçirildiyi müddətdə aparılan monitorinqlər nəticəsində aşkar edilmiş 9316 nöqsanın 91% aradan qaldırılıb, təhlükəsiz iş şəraiti yaradılıb, işçilərin fərdi mühafizə vasitələri ilə təminatı yaxşılaşdırılıb, sanitar-gigiyenik normalara əməl edilməsinə nəzarət gücləndirilib”. AHİK sədri əlavə edib ki, yeni proqramın prioritetləri “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə müvafiq uyğunluq təşkil etməlidir: “Bu məqsədlə yeni proqramın layihəsinə bəzi irad və təkliflərimizi bildirmişik. Hesab edirik ki, qeyri-formal iqtisadiyyat üzrə bir çox göstəricilərin reallığı əks etdirməsi üçün müvafiq müzakirələrin aparılmasına, BƏT-in köməyi ilə genişmiqyaslı monitorinqlərin, müayinələrin keçirilməsinə ehtiyac var. Minimum əməkhaqqının Avropa Sosial Xaprtiyasının tələblərinə uyğunlaşdırılması, Azərbaycan tərəfindən ratifikasiya edilmiş Beynəlxalq Əmək Təşkilatının 131 saylı Konvensiyasına və əmək qanunvericiliyi arasında mövcud uyğunsuzluğun aradan qaldırılması, bununla bağlı hazırlanmış ölkə qanunvericiliyinə dəyişikliklər edilməsi, bir sıra vacib Konvensiyaların (102, 155, 168, 173, 184, 187 saylı) ratifikasiyası  məsələlərinin proqrama salınmasını vacib hesab edirik. Gender bərabərliyini təmin etmək, kişi və qadın işçilər üçün bərabər məşğulluq imkanlarının yaradılması məqsədilə əmək qanunvericiliyinin beynəlxalq normalara uyğun olaraq təkmilləşdirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi üzrə proqramların hazırlanması və təkmilləşdirilməsi, yaşıl iş yerlərinin yaradılması kimi problemlərin proqramda əks olunması da ümumi işimizin xeyrinə olardı”.Qeyd edək ki, konfrans BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin nəticələrinə uyğun qruplarda dayanıqlılığı artıran və əməyin gələcəyinə yönələn inklüziv inkişaf, sosial xidmətlərin təkmilləşdirilməsi, sosial dialoq vasitəsilə beynəlxalq əmək standartlarının siyasətdə və praktikada tətbiqi, BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin və Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində sosial tərəfdaşların rolunun artırılması, BƏT-in Layiqli Əmək Gündəliyi çərçivəsində əməyin təhlükəsiziyi və sağlamlığı mövzularında müzakirələrlə davam edir.1-2 (1).jpg 773.16 KB2-2.jpg 1020.6 KB3-2.jpg 744.62 KB4-1.jpg 856.74 KB

20.06.2022

Salyan müəllimlərinin istirahəti mənalı təşkil edilib

Salyan müəllimlərinin istirahəti mənalı təşkil edilib

 ATİAHİ Salyan rayon komitəsi yay mövsümündə üzvlərinin asudə vaxtının təşkili, istirahətlərinin mənalı keçirilməsi üçün bir sıra layihələr həyata keçirir. İttifaq  sosialyönümlü, maarifləndirici əyləncəli proqramlarla səfalı bölgələrimizə turist səfərləri təşkil edir. Belə ki, Salyan rayonunun təhsil işçiləri Şəki, Qəbələ, İsmayıllı, Quba və Lənkəran rayonlarına birgünlük və ikigünlük səfər ediblər. Tur zamanı rayonun tarixi-mədəni abidələri ziyarət olunub, mənzərəli yerləri seyr edilib, süfrə açılıb, yerli mətbəxin təamlarından dadılıb, fotolar çəkdirilib. İştirakçılar yaradılmış şəraitdən razı qaldıqlarını bildirib və təşkilatçılara təşəkkür ediblər. IMG-20220616-WA0002.jpg 402.03 KBIMG-20220616-WA0005.jpg 354.64 KBIMG-20220616-WA0009.jpg 425.36 KBIMG-20220616-WA0010.jpg 169.42 KBIMG-20220616-WA0011.jpg 248.2 KBIMG-20220616-WA0013.jpg 135.18 KBIMG-20220616-WA0014.jpg 141.9 KBIMG-20220616-WA0015.jpg 150.23 KBIMG-20220616-WA0016.jpg 268.14 KBIMG-20220616-WA0017.jpg 241.22 KB

20.06.2022

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Gəncə və Şəki şəhərlərində təqdimatı keçirilib.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rrespublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimlərində rayon komitələrinin, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra kitabların təqdimatı ilə bağlı ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov və AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev çıxış ediblər. Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar. Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.IMG_8584.JPG 6.18 MBIMG_8590.JPG 6.7 MBIMG_8604.JPG 6.2 MBIMG_8614.JPG 6.22 MBIMG_8633.JPG 6.71 MBIMG_8599.JPG 6.88 MB

16.06.2022

AHİK-in yay mövsümü ilə əlaqədar müraciəti

AHİK-in yay mövsümü ilə əlaqədar müraciəti

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sahə həmkarlar ittifaqı respublika komitələrinin (federasiyaların) və üzv təşkilatların rəhbərlərinə müraciət ünvanlayıb.Müraciətdə deyilir:Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinə əsaslanaraq tövsiyə edirik ki, yay mövsümünün başlanması ilə əlaqədar havanın hərarəti 41 dərəcəni keçərsə, xidmət dairənizdə olan müəssisə və təşkilatlarda açıq havada işlərin dayandırılmasına nəzarət edəsiniz. Həmçinin günvurma hallarının baş verməməsi üçün qabaqlayıcı profilaktik tədbirlərin görülməsi vacib hesab olunur. Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

06.06.2022

Salyanda şəhid övladlarına baş çəkilib

Salyanda şəhid övladlarına baş çəkilib

ATİAHİ Salyan rayon komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları ziyarət olunub, onlara hədiyyələr təqdim edilib.Görüşlər zamanı ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova ümumbəşəri dəyərlərin əsas tərkib hissəsi olan uşaqlara ölkəmizdə göstərilən diqqət və qayğıdan danışıb: “Azərbaycan hökuməti gələcəyimiz olan balalarımız üçün çox böyük işlər görüb. Onların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Qeyd etmək lazımdır ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır. Dövlət başçısı dəfələrlə öz çıxışlarında qeyd edir ki, “elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”. Bu istiqamətdə həyat keçirilən dövlət siyasəti öz müsbət nəticələrini verir. Hazırda elm, təhsil, texnologiya, mədəniyyət, incəsənət, idman və digər sahələrdə uğur qazanan istedadlı balalarımız bu siyasətin ən bariz nümunələridir. Elə bu günlərdə ilk dəfə ölkəmizdə keçirilən “Teknofest Azərbaycan” festivalında maraqlı və kreativ layihələr təqdim edən şagirdləri misal çəkə bilərik”.Şəhid ailələri göstərilən diqqətə görə təşkilatçılara təşəkkür ediblər.IMG-20220602-WA0000.jpg 121.57 KBIMG-20220602-WA0001.jpg 113.33 KBIMG-20220602-WA0002.jpg 110.84 KBIMG-20220602-WA0003.jpg 101.71 KBIMG-20220602-WA0004.jpg 129.1 KB

02.06.2022

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin 28 May – Müstəqillik Günü münasibətilə təbriki

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin 28 May – Müstəqillik Günü münasibətilə təbriki

“Dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla müzəffər xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı 28 May – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə səadət, xoş günlər və sevgi, Vətənimizə firavanlıq, rifah, sülh və tərəqqi diləyirəm.Xalqımız 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.Bu Respublika az ömür yaşasa da, onun təfəkkürlərdə bərqərar etdiyi müstəqillik ideyası yaddaşlardan silinmədi. Üstündən 70 il keçəndən sonra – 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə ilk dəfə Naxçıvan parlamenti yenidən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi təsdiq edərək Vətən göylərinə qaldırdı. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan xalqının qəlbinin dərinliyində qoruyub saxladığı müstəqillik arzusu yenidən reallaşdı. Bu gün müstəqil Azərbaycan tarixinin ən inkişaf etmiş şanlı dövrünü yaşayır, müdrik xalqımızın xoşbəxt həyatı təmin olunub.Xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük və parlaq gələcəyə doğru inamla irəliləməkdədir. İnanırıq ki, birliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək.Mən bir daha möhtərəm Prezidentimiz cənab İlham Əliyev başda olmaqla Qalib Azərbaycanın Qalib vətəndaşlarını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.Bayramınız mübarək olsun”.

28.05.2022

Müstəqillik Günü münasibətilə AHİK-də tədbir keçirilib

Müstəqillik Günü münasibətilə AHİK-də tədbir keçirilib

Mayın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.Öncə Azərbaycanın müstəqillik tarixindən bəhs edən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.Tədbirdə çıxış edən AHİK sədrinin birinci müavini İlyas Əliyev 1918-ci il mayın 28-də xalqımız tərəfindən qurulan müsəlman Şərqinin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, gördüyü işlərdən, xalqımızın həyatında oynadığı rolundan bəhs edib.Onun sözlərinə görə, xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldıran ilk ölkələrdən biri olub: “Bütün bunlar Azərbaycanın nə qədər sülhsevər, tolerant, birgəyaşayış dəyərlərinə sədaqətinin dərin köklərini göstərir. Cümhuriyyət dönəmindəki şərəfli addımlardan biri də qadınlara şərqdə ilk dəfə səsvermə hüququnun verilməsi olub. Bu, ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq əlaməti idi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdi. Dövlətin əsas atributları – bayraq, himn və gerb yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi”.İ.Əliyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hərbi müdaxilə səbəbindən süqut etdiyi üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilməsə də, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı: “Üstündən 70 il keçəndən sonra – 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə ilk dəfə Naxçıvan parlamenti Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi təsdiq etdi. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan xalqının müstəqillik arzusu həyata keçdi. Müstəqilliyin ilk illərində onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Ulu Öndər Heydər Əliyevin xalqın köməyinə yetişməsi müstəqilliyimizin başını almış təhlükəni aradan qaldırdı və Azərbaycanın xoşbəxt gələcəyinin əsası qoyuldu”.“Bu gün Azərbaycan müstəqillik tarixinin ən şanlı dövrünü yaşayır, bütün sahələrdə dayanıqlı inkişaf bərqərar olub, hər bir Azərbaycan vətəndaşının xoşbəxt yaşaması üçün ölkəmizdə bütün imkanlar mövcuddur. Bütün uğurlarımızın, qələbələrimizin kökündə xalqımızın vahidliyi, birliyi dayanıb. Məhz bu birlik bizi qələbədən-qələbəyə daşıyıb”, – deyən AHİK sədrinin müavini əlavə edib ki, bu gün xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük zirvələrə doğru inamla irəliləməkdədir: “İnanırıq ki, bu birliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək”. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi1-21.jpg 77.72 KB2-15.jpg 174.91 KB3-13.jpg 98.05 KB4-12.jpg 146.23 KB

27.05.2022

Salyanda şəhid övladının doğum günü qeyd olunub

Salyanda şəhid övladının doğum günü qeyd olunub

 Bütün zirvələrdən uca daha bir zirvə var. Bu, şəhidlik zirvəsidir. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çalışan, bu yolda heç nədən qorxmayan, Vətən və xalq yolunda şirin canından belə keçməyə hazır olan cəsarətli, rəşadətli insanlar həmin zirvəyə yüksələ bilərlər.Belə qəhrəmanlarımızdan biri də şəhid leytenant Əlisahib Ələkbərovdur.Mayın 22-də Salyan rayon Pratman Gəncəli kəndində şəhidin övladı balaca Əlisahibin 1 yaşı ilə əlaqədar ailəsi ziyarət olunub. Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini R.Cəbrayılov, RİH-nin hərbi işlər üzrə nümayəndəsi R.Kərimov, Rayon Təhsil Şöbəsinin sektor müavini R.Dadaşova, ATİAHİ Salyan rayon komitəsinin sədri Y.Ələsgərova, rayon və kənd ağsaqalları, ziyalılar iştirak ediblər. Balaca Əlisahib ad günü münasibətilə gələn qonaqlar tərəfindən təbrik edilib, ona hədiyyələr təqdim edilib. Görüşdə çıxış edənlər şəhid haqqında xatirələrini bölüşüb, onun əziz xatirəsinin digər şəhidlərimiz kimi, daim əziz tutulacağını, dərin ehtiramla yad ediləcəyini bildiriblər.Məktəblilər şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər. Şəhidin valideynləri - anası Nilufər xanım və atası Salman kişi çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür ediblər, hər zaman dövlətimiz tərəfindən onlara diqqət və qayğı göstərildiyini bildiriblər. Buna görə dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla hər kəsə minnətdarlıq ediblər.IMG-20220523-WA0007.jpg 262.76 KBIMG-20220523-WA0010.jpg 238.36 KBIMG-20220523-WA0016.jpg 242.99 KBIMG-20220523-WA0018.jpg 207.44 KBIMG-20220523-WA0019.jpg 198.03 KBIMG-20220523-WA0022.jpg 216.2 KBIMG-20220524-WA0001.jpg 149.74 KBIMG-20220524-WA0002.jpg 165.43 KB

25.05.2022

Salyanda şəhid ailəsi ziyarət olunub

Salyanda şəhid ailəsi ziyarət olunub

  Azərbaycanda hər zaman şəhid ailələrinə və qazilərə, həmçinin müharibə iştirakçılarına yüksək diqqət göstərilir, bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onlara baş çəklir, maddi-mənəvi dəstək göstərilir. Ölkəmizdə bu istiqamətdə milli həmrəylik yaşanır, dövlət orqanları ilə yanaşı, ictimai qurumlar, o cümlədən həmkarlar ittifaqları da bu nəcib missiyada yaxından iştirak edirlər.Ənənənin davamı olaraq may 11-də ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova şəhid Zəmanət İbrahimovun doğum günü ilə əlaqədar onun ailəsini ziyarət edib.       Görüş zamanı Y.Ələsgərova bildirib ki, qədirbilən xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində canlarını Vətən yolunda əsirgəməyən qəhrəman oğulların heç zaman unutmur, onları  qürurla  yad  edir. Şəhidin anası, Sarvan kənd tam orta məktəbin işçisi Səidə xanım iki övladının hərbçi olmasından, oğlu Zəmanətin döyüş yolundan danışıb.Dövlətimizin onlara olan diqqət və qayğısını qeyd edən şəhid anası müzəffər Ali  Baş Komandan cənab İlham Əliyev başda olmaqla hər kəsə minnətdarlı edib.IMG-20220512-WA0008.jpg 153.88 KBIMG-20220512-WA0009.jpg 105.23 KBIMG-20220512-WA0012.jpg 135.42 KBIMG-20220512-WA0013.jpg 160.09 KB

13.05.2022

AHİK Vətən müharibəsi qaziləri və veteranları mükafatlandırıb

AHİK Vətən müharibəsi qaziləri və veteranları mükafatlandırıb

İkinci Qarabağ müharibəsindəki tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılıb. Azərbaycan dövləti Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub və bu qayğı sistemli xarakter daşımaqdadır.Ölkəmizin ictimai təşkilatları, o cümlədən Azərbaycan həmkarlar ittifaqları da dövlətimizin bu cür nəcib missiyalarını hər zaman dəstəkləyir, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına xüsusi qayğı ilə yanaşır.Məlumat verildiyi kimi, mayın 11-də AHİK-də 2021-ci il üçün “İlin peşəkar gənci” adına layiq görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.“İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 59 nəfər istedadlı gəncə AHİK-in Fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim olunub. Həmin gənclərin arasında 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək orden və medallarla təltif edilmiş qazi və veteran oğullarımız da var.Mükafatlandırılan Vətən müharibəsi qaziləri və iştirakçıları aşağıdakılardır:İkinci Qarabağ müharibəsi iştirakçısı, hava gəmisinin II pilotu Əlili Əzim Vəli oğlu“Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmiş rəngsaz Fərmanov Elməddin Namiq oğluVətən müharibəsi iştirakçısı, böyük usta Piriyev Şəhriyar Məcnun oğluCəbrayıl və Zəngilan rayonlarında gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə medallarla və “Fəxri Fərman” ilə təltif olunmuş 2-ci dərəcəli cilalayıcı Rəhimli Murad Müzəffər oğlu“Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş həkim İsmayılov Eldar Mehman oğluFüzulinin, Xocəvəndin, Qubadlının, Şuşanının azad olunmasına görə medalları ilə təltif olunmuş fiziki tərbiyə müəllimi Həsənov Elgün Ələsgər oğluVətən müharibəsi iştirakçısı, təşkilatçı-direktor müavini Bəhramlı Faris İbrahim oğluVətən müharibəsi iştirakçısı, təşkilatçı-direktor müavini Səfərov Ağa Sərdar oğluVətən müharibəsi iştirakçısı müəllim Qasımov Əziz Vəzir oğlu“Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş informatika müəllimi Səlimov Elvin Zahid oğluII Qarabağ müharibəsi qazisi, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş proqramçı Babayev Təhmin İntiqam oğluII Qarabağ müharibəsi qazisi, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş elektrik montyoru Xankişiyev Elnur Əlağa oğlu AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsiE21A2414.jpg 154.47 KBE21A2416.jpg 175.93 KBE21A2422.jpg 168.88 KBE21A2423.jpg 125.81 KBE21A2425.jpg 160.22 KBE21A2427.jpg 163.84 KBE21A2429 (1).jpg 148.85 KBE21A2429.jpg 148.85 KBE21A2433.jpg 116.94 KBE21A2434-1.jpg 184.08 KBE21A2436.jpg 178.51 KBE21A2464.jpg 221.92 KBE21A2468.jpg 230.96 KB

12.05.2022

AHİK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib

AHİK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib

Mayın 6-da müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) tədbir keçirilib.Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.Əvvəlcə tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu Öndərin həyat və siyasi fəaliyyətinin bəzi məqamlarını əks etdirən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi missiyalarından söz açaraq onu xilaskar lider adlandırıb: “Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Azərbaycan xalqı xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl Ümummilli Lider bəxş etmişdir. O, xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirdi”.“Hələ 1969-cu ildə Respublika rəhbəri təyin edilən Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycanı digər SSRİ respublikaları arasında önə çıxarmağı bacardı. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər birinci katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutmuşdur. Heydər Əliyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur”, – AHİK sədri bildirib.“Ulu öndərin təşəbbüsü və fəal iştirakı ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Heydər Əliyevin müstəsna xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım idi”, – S.Möhbalıyev vurğulayıb.“Azərbaycan həmkarlar ittifaqlarının güclü təşkilat kimi möhkəmlənməsində, onun sıralarının genişlənməsində, vətəndaş cəmiyyətində özünə layiq yer tutmasında Ulu Öndərin əvəzsiz xidmətləri var. Hələ Sovet İttifaqı dövründə həmkarlar ittifaqlarına daim diqqət və qayğı ilə yanaşırdı. Həmin dövrdə o, Azərbaycan həmkarlar ittifaqlarının keçirdiyi tədbirlərində, o cümlədən, əksər qurultaylarında iştirak etmişdir. Xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gətirilən Ulu Öndərin Prezident seçilməsindən cəmi bir il sonra – 1994-cü ildə bilavasitə onun təşəbbüsü və nəzarəti altında həmkarlar ittifaqlarının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar ittifaqı təcrübəsinə tam əsaslanan “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bütün bunlar Heydər Əliyevin həmkar ittifaqlarına göstərdiyi dövlət qayğısının nümunəsidir”, – S.Möhbalıyev deyib.Konfederasiya sədri ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı inkişafını, sürətli tərəqqisini, doğma Vətənimizin dünyaya yeni formada təqdim edilməsini Ulu Öndərin müəyyənləşdirdiyi yolun layiqli davamı kimi dəyərləndirib: “44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər Heydər Əliyevin müəyyənləşdirdiyi və müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin layiqincə davam etdirdiyi siyasətin nəticəsi və təntənəsidir. Ermənistanın 30 illik işğalına son qoyuldu, məğlubiyyət damğası birdəfəlik üzərimizdən götürüldü, yeganə ağrılı problemimiz həllini tapdı. Azərbaycan döyüş meydanında yalnız Ermənistanı cəzalandırmadı, həm də onilliklər boyunca xalqımız barədə dünyada mənfi obrazlar yaratmağa çalışan dünya erməniliyinə böyük zərbə vurdu. Ermənistan ordusunun gücü, erməni əsgərinin döyüş əzmi barədə uydurulmuş mif bir neçə gündə darmadağın edildi”.S.Möhbalıyev əminliklə ifadə edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müzəffər davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bizi növbəti, daha böyük qələbələrə daşıyacaq və Azərbaycan həmkarlar ittifaqları da bu sarsılmaz birlik naminə üzərinə düşən bütün işləri ləyaqətlə yerinə yetirəcək.AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi1-3.jpg 100.37 KB3-2.jpg 104.34 KB4-1.jpg 77.39 KB5-1.jpg 171.11 KBmanset-1.jpg 140.31 KB

06.05.2022

Salyanda Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Salyanda Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

    ATİAHİ Salyan rayon komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş rayon təhsil işçiləri arasında tennis yarışı keçirilib.Yarışda 50-ə yaxın müəllim iştirak edib. İki gün davam edən yarış gərgin və maraqlı anları ilə diqqət çəkib.Turnirin nəticəsi olaraq UGİŞM-in məşqçi-müəllimi Mehman Səmədov I yeri, Tələt Rüstəmbəyli isə II yeri qazanıblar. Şəhər 6 №-li tam orta məktəbin müəllimi Murad  Feyziyevlə Ziyafət Burziyev III yerə layiq görülüblər. Bundan başqa, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təhsil işçiləri arasında “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda inşa müsabiqəsi keçirilib. Müsabiqəyə rayonun 53 ümumtəhsil məktəbinin müəllimləri qatılıb. İştirakçılar Ulu Öndərin təhsilə göstərdiyi diqqət  və qayğını öz yazılarında tərənnüm ediblər. Şəhər 2 saylı tam orta məktəbin müəllimi Aygün Əzizova, Parça Xalac kənd tam orta məktəbin müəllimi Nazı Quliyeva, Seyidasdıqlı kənd tam orta məktəbin müəllimi Xəyalə İbrahimova, Yolüstü kənd tam orta məktəbin müəllimi Vüsalə İsmayılovanın inşa yazılarının məzmunu digərlərindən fərqlənib.Aşağı Kürkənd kənd tam orta məktəbin akt zalında keçirilən tədbirdə Ulu Öndərə həsr edilmiş videoçarx nümayiş etdirilib, şagirdlərin və müəllimlərin çıxışları dinlənilib. Tədbirdə Salyan Rayon Təhsil Şöbəsinin metodiki mərkəzinin müdiri Yeganə Cəfərova çıxış edərək tədbir iştirakçılarına Ulu Öndərin fəaliyyəti haqqında məlumat verib. Məktəbin direktoru Sitarə Təhməzova yeni məktəb binasının Heydər Əliyev Fondu tərəfindən tikildiyini diqqətə çatırıb və Fondun ölkə təhsilinə verdiyi töhfələrdən danışıb. Tədbir proqramının sonunda ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova tennis və inşa müsabiqəsinin qaliblərini diplom və hədiyyələrlə təltif edib. IMG-20220512-WA0007.jpg 101.37 KBIMG-20220512-WA0006.jpg 130.03 KBIMG-20220512-WA0005.jpg 89.74 KBIMG-20220512-WA0004.jpg 109.15 KBIMG-20220512-WA0003.jpg 92.96 KBScreenshot_20220512-102506_Facebook.jpg 367.63 KBScreenshot_20220512-102512_Facebook.jpg 273.27 KBScreenshot_20220512-102525_Facebook.jpg 87.38 KBScreenshot_20220512-102532_Facebook.jpg 124.2 KBScreenshot_20220512-102539_Facebook.jpg 165.36 KB

06.05.2022

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 4-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Emin Əmrullayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər rəsmi şəxslər iştirak ediblər.S.Möhbalıyev çıxışında dövlətçiliyin, müstəqilliyin daha da möhkəmlənməsində, gələcəyin etibarlı təminatında intellektual səviyyəli potensial kadrların hazırlanmasının, onların aparıcı qüvvəyə çevrilməsinin vacib olduğunu bildirib: “Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. İstedadlı şagird və tələbələrin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi Azərbaycanda hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verildi, ölkənin təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiya olunmasına geniş imkanlar açıldı, istedadlı uşaq və gənclərə hər zaman diqqət və qayğının artırılması ölkə Konstitusiyasında təsbit edilərək təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi”.AHİK sədri qeyd edib ki, Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycana rəhbərlik edərkən təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahəyə ciddi fikir verirdi: “Təsadüfi deyil ki, 70-80-ci illərdə Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi açıldı və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırıldı. Həmçinin bu illərdə hər il 800-900 nəfər Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərildi”.Milli Məclisin deputatının sözlərinə görə, Ümummilli Liderin təhsillə bağlı siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir: “Bu sahədə ardıcıl olaraq həyata keçirilən effektli islahatlar, hər cür şəraiti olan yeni məktəblərin tikilməsi, müasir maddi-texniki bazalarla təminat bunlara əyani sübutdur”.“Belə bir müsabiqənin təşkil edilməsi Ulu Öndərin həyat və fəaliyyətinin şagirdlər arasında təbliği baxımından çox əhəmiyyətlidir. Şagirdlərimiz Ulu Öndərin Azərbaycan dövlətçiliyindəki xidmətlərini, onun xalqımıza bəxş etdiyi bugünkü gözəl həyatı anır, həm də öz istedadlarını ortaya qoymuş olurlar”, – Konfederasiya sədri əlavə edib.Mərasimdə I yerə layiq görülmüş şagirdlərdən Bakı şəhəri 83 nömrəli məktəb-liseyin XI sinif şagirdi Altay Əlinin təqdimatı nümayiş olunub.Daha sonra müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 20 nəfər isə tərifnamə ilə təltif olunub.Qeyd edək ki, müsabiqə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.TN.jpg 187.91 KBTN1.jpg 89.5 KBTN2.jpg 136.22 KBTN3.jpg 147.36 KB

04.05.2022

Salyan rayonunun komandası

Salyan rayonunun komandası "Şahin" hərbi idman oyunlarının zona birinciliyində II yeri tutub

 Aprelin 28-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Veteranlar Təşkilatı tərəfindən birgə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq, Sabirabad Rayon Olimpiya İdman Kompleksində 2021-2022-ci tədris ilində orta məktəblərin Vlll-X sinif şagirdləri arasında "Şahin" hərbi idman oyununun regional zona birinciliyi keçirilib. Birincilikdə Şirvan şəhəri, Bərdə, Cəlilabad, Biləsuvar, Hacıqabul, Neftçala, Salyan, Beyləqan, İmişli, Saatlı və Cəbrayıl rayonlarının komandaları mübarizə aparıblar. Salyan rayonunun komandası "Şahin" hərbi idman oyununun regional zona birinciliyində II yeri tutub. 1 şəhər və 10 rayon komandası arasında II yeri tutan Salyan komandası "Şahin" hərbi idman oyununun Respublika final mərhələsinə vəsiqə qazanıb.Screenshot_20220429-123948_Facebook.jpg 110.22 KBScreenshot_20220429-123956_Facebook.jpg 236.91 KBScreenshot_20220429-124003_Facebook.jpg 164.84 KBScreenshot_20220429-124008_Facebook.jpg 140.51 KB

04.05.2022

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo