Salyan müəllimlərinin istirahəti mənalı təşkil edilib

 ATİAHİ Salyan rayon komitəsi yay mövsümündə üzvlərinin asudə vaxtının təşkili, istirahətlərinin mənalı keçirilməsi üçün bir sıra layihələr həyata keçirir. İttifaq  sosialyönümlü, maarifləndirici əyləncəli proqramlarla səfalı bölgələrimizə turist səfərləri təşkil edir. Belə ki, Salyan rayonunun təhsil işçiləri Şəki, Qəbələ, İsmayıllı, Quba və Lənkəran rayonlarına birgünlük və ikigünlük səfər ediblər. Tur zamanı rayonun tarixi-mədəni abidələri ziyarət olunub, mənzərəli yerləri seyr edilib, süfrə açılıb, yerli mətbəxin təamlarından dadılıb, fotolar çəkdirilib. İştirakçılar yaradılmış şəraitdən razı qaldıqlarını bildirib və təşkilatçılara təşəkkür ediblər. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo