AHİK Qarabağ Dirçəliş Fonduna 650 min manat vəsait köçürüb

AHİK Qarabağ Dirçəliş Fonduna 650 min manat vəsait köçürüb

Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini erməni işğalından azad edərək tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biridir.Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb.Fondun dəstəyi ilə mərkəzləşdirilmiş qaydada görülən işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulur, infrastruktur yaradılır, müasir şəhər, qəsəbə və kəndlər salınır.Azərbaycan həmkarlar ittifaqları da Fondun hesabına müxtəlif vaxtlarda ianələr edirlər. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin 28 yanvar və 11 mart 2021-ci il tarixli qərarları ilə Fondun hesabına ümumilikdə 600 000 manat köçürülüb.Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq-quruculuq işlərinə dəstəyin davamı olaraq AHİK-in İcraiyyə Komitəsinin 4 mart 2022-ci il qərarı ilə  daha 50 000 manat vəsait Fondun hesabına köçürülüb.

11.03.2022

“Salam, şəhid anası!”

“Salam, şəhid anası!”

 ATİAHİ Salyan rayon komitəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə martın 5-də “Salam, şəhid anası!” devizi altında tədbir keçirildi.  Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sevinc Səmədova, “Qələbə” qəzetinin müxbiri Leyla Nəsirli, rayon Təhsil  Şöbəsinin  müdiri Razıgül Dadaşova, təqaüddə olan müəllimlərdən Aminə Bədəlova,  Xəzangül Abdullayeva, Rübabə Bünyatova, Əməkdar müəllimlər Gülşən  Piriyeva, Fərqanə Cəbrayılova və başqaları iştirak edirdilər. Tədbirə əsasən şəhid anaları, şəhidlərin həyat yoldaşları dəvət olunmuşlar. Çay süfrəsi ətrafında keçirilən görüşü ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut  Ələsgərova açaraq şəhid analarını, həyat yoldaşlarını və tədbir iştiraçılarını  salamlayaraq onlara səbr dilədi və bundan sonrakı  həyatlarında xoş arzularını bildirdi.RTŞ-nin müdiri Razıgül Dadaşova qadınların cəmiyyətimizin inkişafındakı  rolundan da danışdı, şəhid analarına minnətdarlığını bildirdi. Şəhid Vidadi Əhmədovun həyat yoldaşı, 7 saylı məktəb liseyin müəllimi Zəhra  Əhmədzadə, şəhid Əmrah Həmidovun anası Pakizə xanım, şəhid Səməndər  İmanovun anası Validə xanım, Şəhid  Hüseynağa  Balıyevin  anası  Rəna  xanım, şəhid Taleh  Zamanovun anası  Səltənə  xanım,  şəhid  Cavad  İsmayılovun anası Zinyət  xanım, şəhid  Zəmanət  İbrahimovun  həyat  yoldaşı  Səidə  xanım  və  başqa  şəhid  anaları  44 günlük Zəfər Savaşında şəhid olmuş  övladları  ilə əlaqədar  xatirələrini  danışmış,  onlarla  qürur,  şərəf  duyduqları  bildirmişlər. İştirakçılardan Aminə Bədəlova, Xəzangül Abdullayeva, Sitarə Təhməzova Əməkdar müəllimlər Gülşən Piriyeva, Fərqanə Cəbrayılova, RİH-nin  nümayəndəsi Sevinc Səmədova və başqaları çıxış edərək şəhid analarına səbr  diləmiş, onlara ürək sözlərini  bildirmişlər.Sonda şəhid Əmrah Həmidovun anası Pakizə xanım bütün şəhid analarına  başsağlığı vermiş, onların adından göstərilən diqqət və qayğıya görə Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyevə, Rayon İcra Hakimiyyətinə, RTŞ-nə və  ATİAHİ Salyan rayon komitəsinə təşəkkürlərini  bildirmişdir.  Tədbirdə iştirak edən qadınlara, şəhid analarına, şəhidlərin həyat yoldaşlarına 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə hədiyyələr paylanmış, xatirə  şəkilləri çəkilmişdir.IMG-20220309-WA0001 (1).jpg 56.06 KBIMG-20220309-WA0018 (2).jpg 79.56 KBIMG-20220309-WA0007.jpg 48.24 KBIMG-20220309-WA0005.jpg 68.55 KBIMG-20220309-WA0008.jpg 71.2 KBIMG-20220309-WA0017.jpg 50.83 KBIMG-20220309-WA0004.jpg 63.11 KBIMG-20220309-WA0020.jpg 73.31 KBIMG-20220309-WA0003.jpg 75.52 KBIMG-20220309-WA0010.jpg 39.89 KBIMG-20220309-WA0012.jpg 59.62 KBIMG-20220309-WA0006.jpg 46.41 KB

05.03.2022

8 Mart - Beynəlxalq  Qadınlar  günü münasibətilə   şahmat  yarışı  keçirilib

8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə şahmat yarışı keçirilib

ATİAHİ  Salyan rayon komitəsi və Salyan Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Salyan rayonunun təhsil  müəssisələrində çalışan qadın  müəllimlər  arasında 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə şahmat yarışı keçirilib. Yarışda ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut  Ələsgərova,  Rayon Təhsil Şöbəsinin idman üzrə metodisti Emin Məlikov, Uşaq Gənclər İdman Şahmat  məktəbinin direktoru Bilal Ələkbərov, hakim Məlahət Mənəfova çıxış edərək yarış  iştirakçılarını bayram münasibətilə təbrik etmiş, qadınların cəmiyyətimizin cəmiyyətinin inkişafındakı rolunu qeyd etmişlər. Vurğulanmışdır ki, Azərbaycan qadını tarixən nəcib, xeyirxah təşəbbüslərin, mənəvi ideyaların tərəfdarı kimi çıxış etmiş, beynəlxalq aləmdə sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışmışdır. Azərbaycan qadını sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsində, xalqımızın haqq səsinin beynəlxalq tribunalardan səsləndirilməsində böyük işlər görmüşdür. Qeyd olunmuşdur ki, qadınların Salyan rayonunda təhsil sahəsinin inkişaf etdirilməsində əvəzsiz rolu vardır. Gərgin mübarizə şəraitində keçən yarışda Rayon Şahmat məktəbinin məşqçi müəllimləri fərqlənmişlər. Belə ki, məktəbin məşqçi müəllimlərindən Hüseynova  Aynur I yer, Məlikova  İlhamə II yer, Əliyeva  Elnurə isə  III yerin qalibi olmuşlar. Yarış iştirakçılarına və qaliblərinə  ATİAHİ Salyan rayon komitəsinin, Rayon Təhsil Şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim  olunmuşdur. Sonda yarış iştirkçıları ilə birlikdə xatirə şəkili çəkilmişdir. IMG-20220304-WA0008 (2).jpg 143.42 KBIMG-20220304-WA0004.jpg 132.28 KBIMG-20220304-WA0009.jpg 488.78 KBIMG-20220304-WA0005 (1).jpg 491.68 KBIMG-20220304-WA0006 (1).jpg 204.15 KBIMG-20220304-WA0003 (2).jpg 520.45 KB

05.03.2022

Həmkarlar ittifaqlarına olan müraciətlərin 97,9 %-i müsbət həllini tapıb – İcraiyyə Komitəsi

Həmkarlar ittifaqlarına olan müraciətlərin 97,9 %-i müsbət həllini tapıb – İcraiyyə Komitəsi

Martın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyinə “AHİK-in İcraiyyə Komitəsinin və aparatının 2022-ci ilin I yarımilliyi üçün iş planı haqqında”, “Həmkarlar ittifaqı təşkilatlarının 2021-ci il üzrə statistik hesabatı haqqında”, “2021-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kurslarında həmkarlar ittifaqı kadr və fəallarının təhsilinin nəticələri və 2022-ci il üçün təhsil planı haqqında”, “2021-ci il ərzində AHİK və üzv təşkilatlarına daxil olmuş ərizə və şikayətlərin təhlili barədə”, “Azərbaycan həmkarlar ittifaqları idman təşkilatlarının 2021- ci ilin yekunları üzrə fəaliyyəti və statistik hesabatlarının əsas göstəriciləri haqqında”, “Azərbaycan həmkarlar ittifaqlarının 2021-ci  il üzrə gender statistikası haqqında”, “2021-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər  əldə  etmiş  gənclərə  “İlin peşəkar gənci”  fəxri adının verilməsi barədə”, “Novruz bayramı ilə əlaqədar aztəminatlı ailələrə ərzaq yardımı göstərilməsi barədə”, “YAŞAT Fonduna maliyyə  yardımı  göstərilməsi  barədə” və “Qarabağ Dirçəliş Fonduna  pul vəsaitinin ayrılması haqqında” məsələlərin daxil edildiyi barədə məlumat verib.Müzakirələrdən öncə S.Möhbalıyev qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ölkəmizin bütün xanımlarını, o cümlədən Azərbaycan həmkarlar ittifaqlarının qadın üzvlərini təbrik edib, onlara möhkəm cansağlığı, səadət və gələcək işlərində uğurlar diləyib. Bildirib ki, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına ən xoş arzularımı çatdırıram.Sonra gündəliyə çıxarılan məsələlərin müzakirəsinə başlanılıb. “2021-ci il ərzində AHİK və üzv təşkilatlarına daxil olmuş ərizə və şikayətlərin təhlili barədə” məsələnin müzakirəsi zamanı qeyd olunub ki, Azərbaycan həmkarlar ittifaqları aparatlarına 2021-ci ildə həmkarlar ittifaqı üzvlərindən 143 834 ərizə və şikayət, o cümlədən elektron poçt vasitəsilə 1 093 müraciət daxil olub. Onlardan 97,9 %-i müsbət həll edilib.Bildirilib ki, ötən il 124 həmkarlar ittifaqı üzvü AHİK-in rəhbərləri tərəfindən qəbul edilib ki, onun da 65 nəfəri sədrin qəbulunda olub və qaldırdıqları məsələlər öz müsbət həllini tapıb.Ümumiyyətlə, 2021-ci il ərzində əmək hüquqlarının müdafiəsi ilə bağlı daxil olan ərizə və şikayətlərin arasından işə bərpa ilə əlaqədar həmkarlar ittifaqına 297 müraciət daxil olub, onlardan 193-ü və ya 65,0 %-i müsbət həll olunub.İttifaq üzvlərinin müraciətlərinə göstərilən diqqət və qayğıya görə AHİK-in ünvanına 27 təşəkkür məktubu ünvanlanıb.İclasda qəbul olunmuş qərarla üzv təşkilatların rəhbərlərinə tövsiyə olunub ki,  həmkarlar ittifaqı üzvlərindən daxil olan məktubların obyektiv şəkildə hərtərəfli araşdırılması, faktların təsdiqi müqabilində qaldırılan məsələlərin həllinə köməklik göstərilməsi, şikayətçilərin məlumatlandırılması ilə əlaqədar müvafiq şöbə və ya mütəxəssislərin vəzifə məsuliyyətlərinin artırılması, təkrar müraciətlərin səbəblərinin aydınlaşdırılması məsələlərinə nəzarət gücləndirilsin.“Həmkarlar ittifaqı təşkilatlarının 2021-ci il üzrə statistik hesabatı haqqında” məsələ ilə bağlı məlumat verilib. Qeyd olunub ki, Konfederasiyaya üzv olan 27 təşkilatda 15 039 həmkarlar ittifaqı təşkilatı, o cümlədən 62 birləşmiş və 501 şəhər, rayon komitələri  fəaliyyət göstərir. 2020-ci illə müqayisədə həmkarlar ittifaqı sıralarına cəlb edilən tələbələrin sayı 5,1 % artmaqla həmkarlar ittifaqı üzvlərinin ümumi sayı da  0,9% artıb. Həmkarlar ittifaqı üzvlərinin sayı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqında 3,9 %, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqında 3,0 %, “Azərsu” Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqında 2,7 %, Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqında 2,5 %, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasında 0,5 % artıb. Üzvlərin sayı 15 nəfərə qədər olan təşkilatların sayında da 0,4 % artım var. Respublikada kiçik və orta  sahibkarlıq, xarici və birgə müəssisələrdə ötən il ərzində həmkarlar ittifaqı təşkilatlarının sayında 0,5 % azalma müşahidə olsa da, həmkarlar ittifaqı üzvlərinin sayı 2,6% artıb.Qeyri-dövlət sektorunda 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb. Orada həmkarlar ittifaqı üzvlərinin sayı 3304 olub. Bu da yeni yaradılan təşkilatların  sayının ötən illə müqayisədə 4, üzvlərinin sayında isə 7 dəfə artım deməkdir. Ötən il ərzində üzv təşkilatlar tərəfindən yeni yaradılmış 107 həmkarlar ittifaqı təşkilatında 13 808 nəfər  həmkarlar ittifaqı sıralarına qatılmış və nəticədə orada üzvlüyə cəlb olunanların sayı əvvəlki ilə nisbətən 2,5 dəfə artıb.Bildirilib ki, həmkarlar ittifaqı üzvü olan qadınların sayı 1,6 % artıb və üzvlərin ümumi sayının 52,3 %-ni təşkil edir. Gənclərin sayı da 0,5 % artıb. Ötən il işəgötürənlərlə 123 saziş, 1 1806 kollektiv müqavilə bağlanıb. Müqavilə bağlayan həmkarlar ittifaqı təşkilatlarının sayı əvvəlki ilə nisbətən 0,7 %, müqavilələrlə əhatə olunan üzvlərin sayı isə 4,1 % artıb.“2021-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər  əldə  etmiş  gənclərə  “İlin peşəkar gənci”  fəxri adının verilməsi barədə” məsələyə baxılarkən bildirilib ki, AHİK İcraiyyə Komitəsinin qərarı ilə 2015-ci ildə “İlin peşəkar gənci” fəxri adı təsis edilib və indiyə kimi 87-si qadın olmaqla 369 nəfər gənc “İlin peşəkar gənci” fəxri adına layiq görülüb.İcraiyyə Komitəsinin budəfəki qərarı ilə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş daha  58 gənc bu fəxri adı alıb.Həmçinin YAŞAT Fonduna  50 000 manat, Qarabağ Dirçəliş Fonduna 50 000 manat vəsait köçürülməsi, bundan başqa, Respublikanın 76 rayonunda yaşayan 4015 aztəminatlı ailəyə ərzaq bağlamalarının paylanması, eyni zamanda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına eyni məqsədlər üçün 50 000 manat vəsaitin köçürülməsi barədə İcraiyyə Komitəsi müvafiq qərarlar qəbul edib.Gündəliyə daxil edilmiş “2021-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kurslarında həmkarlar ittifaqı kadr və fəallarının təhsilinin nəticələri və 2022-ci il üçün təhsil planı haqqında” məsələnin müzakirəsi zamanı bildirilib ki, 2021-ci ildə Əmək və Sosial Münasibətlər Akademiyasının rektorluğu Konfederasiyanın üzv təşkilatları ilə birgə həmkarlar ittifaqları kadr və fəallarının təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində səmərəli tədbirlər həyata keçirib. Ötən ilin sentyabr-noyabr ayları ərzində 254 nəfər kurslarda iştirak edib.2021-2022-ci ilərlin təsdiq edilmiş təhsil planına əsasən, həmkarlar ittifaqlarının 830 nəfər fəalının Akademiyanın kurslarında onlayn təhsilə cəlb olunması nəzərdə tutulub.Pandemiya ilə əlaqədar olaraq, 2021-2022-ci illər üçün həmkarlar ittifaqı kadr və fəallarının təhsil  planı mərhələlərlə onlayn formatda həyata keçirilir. Belə ki, 2022-ci ildə 578 nəfərin təhsilə cəlb olunması planlaşdırılır. Müzakirələrdən sonra Əmək və Sosial Münasibətlər Akademiyasının 2022-ci il üçün təhsil planı təsdiq edilib.Daha sonra gündəlikdə olan digər məsələlər, o cümlədən cari və təşkilati məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.Sonda AHİK sədri əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsini tövsiyə edib.S.Möhbalıyev həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılsın, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun.Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya sədri bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb.5.jpg 104.78 KB1-1.jpg 119.31 KB2-1.jpg 134.89 KB3.jpg 92.96 KB

04.03.2022

Salyan  rayon   Sarvan kənd   tam  orta  məktəbin  direktoru   Müstəcəb  Səmədovun  65 illik  yubileyi  keçirilmişdir

Salyan rayon Sarvan kənd tam orta məktəbin direktoru Müstəcəb Səmədovun 65 illik yubileyi keçirilmişdir

      4 Mart  2022-ci il  tarixdə  ATİAHİ Salyan rayon komitəsinin təşkilatçılığı ilə  Salyan rayonu Sarvan kənd tam orta məktəbin direktoru Müstəcəb Səmədovun 65 illik yubileyi və təqaüdə yola salınması ilə əlaqədar tədbir keçirilmişdir. Məktəbin  dərs hissə Ramil  Babayev Müstəcəb müəllimin tərcümeyi-halı haqda məlumat  vermiş və ona xoş arzularını  bildirmişdir.        RTŞ-nin metodisti Emin Məlikov Müstəcəb müəllimin savadlı,  təvazökar, işini  sevən, fərqlənən bir direktor olması  haqda  fikirlərini  bildirmişdir.       Sonra  məktəbin  müəllimlərindən  Nuriyev  Seymur,  Səfərov  Qabil, Sadıqova  Gülbacı  və  başqaları  Müstəcəb  müəllim  haqda  ürək  sözlərini,  arzularını  bildirmişlər. Məktəbin  şagirdləri  şer  parçaları  ilə  Müstəcəb  müəllimi  təbrik  etmişlər.         ATİAHİ  Salyan  rayon komitəsinin sədri Yaqut Ələsgərova yubiliyarı təbrik  edərək Rayon komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsini təqdim etmiş, ona  qalan ömür payını sağlam yaşamağı arzu etmişdir.      Tədbirin  sonunda  xatirə  şəkilləri  çəkilmişdir.IMG-20220304-WA0014.jpg 112.59 KBIMG-20220304-WA0017.jpg 61.57 KBIMG-20220304-WA0016.jpg 70.05 KBIMG-20220304-WA0012.jpg 124.83 KB

04.03.2022

Qarabağ Dirçəliş Fondu AHİK-ə təşəkkür edib

Qarabağ Dirçəliş Fondu AHİK-ə təşəkkür edib

“Hörmətli Səttar müəllim!Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini həyata keçirən publik hüquqi şəxsdir.Xüsusilə vurğulamaq istərdim ki, Fondu yarandığı gündən etibarən minlərlə həmvətənimiz, yüzlərlə şirkət birlik nümayiş etdirərək Qarabağda aparılacaq işlərə dəstək göstərmək məqsədilə quruma ianə edib.Hörmətli Səttar müəllim,Sizin timsalınızda rəhbərlik etdiyiniz quruma Qarabağın dirçəlişi istiqamətində görülən işlərə ianə edərək verdiyiniz töhfəyə görə dərin minnətdarlığımı bildirirəm.İnanıram ki, bu əməkdaşlığımız üçün uğurlu bir başlanğıc olacaq və ölkəmizin rifahı naminə görülən işlərdə aramızda yaranan tərəfdaşlığın daha geniş və uzunmüddətli olacaq.Məlumat üçün bildirmək istərdim ki, növbəti tədbirlərdən birində qurumunuzun adına hazırlanmış xüsusi “İanə Sertifikatı” da fondumuz tərəfindən Sizə təqdim ediləcək.Qeyd olunmalıdır ki, bütün icra etdiyimiz layihələr haqqında hesabatlar mütəmadi olaraq donorlara, eyni zamanda ictimaiyyətə təqdim olunacaq.Diqqətinizə görə təşəkkür edirəm və Sizə dərin hörmətimi bildirirəm!”

04.03.2022

Əməkdar müəllimin yubileyi keçirilib

Əməkdar müəllimin yubileyi keçirilib

Salyan rayon 7 nömrəli məktəb-liseydə Əməkdar müəllim Gülşən Piriyevanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.Tədbirdə Salyan Rayon Təhsil Şöbəsinin müdürü Razıgül Dadaşova,  ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova və digər təhsil nümayəndələri iştirak ediblər.  Görüşdə G.Piriyevanın şərəfli həyat yolundan, müəllim fəaliyyətindən, gənc nəslin tərbiyə olunmasında və Vətənimizə layiqli övlad kimi yetişmələrində misilsiz xidmətlərindən bəhs olunub.Göstərilən diqqətə görə, təşəkkürünü ifadə edən Əməkdar müəllim bundan sonra da zəngin təcrübəsini ölkə təhsilinin inkişafına həsr edəcəyini qeyd edib. Sonda ad günü münasibətilə G.Piriyevaya müxtəlif hədiyyələr təqdim olunub.WhatsApp Image 2022-03-02 at 10.17.39.jpeg 75.69 KBWhatsApp Image 2022-03-02 at 10.17.28.jpeg 90.42 KB

02.03.2022

ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti Türk Egitim-Senin növbəti Qurultayında iştirak edib

ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti Türk Egitim-Senin növbəti Qurultayında iştirak edib

26-27 fevral tarixlərində Türkiyə Cumhuriyyətinin Ankara şəhərində Türk Egitim-Senin 7-ci qrultayı keçirilmişdir. 350 nümayəndənin iştirak etdiyi Qurultayda Türkiyə Cuçhuriyyəti hökumət və partiya mənsubları iştirak etmişdir. Türkiyə müxtəlif içtimai təşkilatlarının nümayəndələrinin də iştirakçısı olduğu Qurultayın açılışında Xocalı faciəsinin 30-cu il dönümü Azərbaycan bayrağı dalğandıralaraq bir dəqiqəlik sükutla anımışdır. Qrultayda təşkilatımızı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov təmsil etmişdir. Qeyd edək ki, Türk Egitim-Sen 1992-ci ildə yaradılmış və 250 min ittifaq üzvünü özündə burləşdirir. Türk Egitim-Sen yarım milyondan artıq ittifaq üzvünü özündə birləşdirən Türkiyə Kamu-Senə daxil olan 11 sahə həmkarlar ittifaqı içərisində ən böyüyüdür. Qurultayın aşılışında Türk Egitim-Senin sedri Talip Geylan, Türkiyə Kamu-Senin sədri Önder Kahveçi, MHP sədr müavi Yaşar Yildirim və digərləri çıxış ediblər. Çıxış edənlər öz nitqlərində Xocalı faciəsinin 30-cu ildönümünə də bir daha toxunaraq “Xocalıya ədalət” çağırışı ilə dünyaya səslənmişlər. Tədbirdə həmçinin ATİAHİ Respublika Komitəsi sədrinin müavini M.Cəfərzadə çıxış edib. Qurultay iştirakçılarını AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin adından salamlayan M.Cəfərzadə qeyd edib ki, ötən illər ərzində Türk Eğitim-Sen və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ikitərəfli əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmişdir. Bundan sonra da iki təşkilat arasında əlaqələrin daha da inkişaf edəcəyindən əminlik ifadə edən sədr müavini Azərbaycan və Türkiyə dövlətləri arasındakı qardaşlıq əlaqələrindən danışıb. O, Azərbaycanın 44 günlük vətən savaşını xatırladaraq bildirib ki, işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək təmənnasız qardaşlığın təntənəsi idi: “Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu haqq davasında Türkiyə başda olmaqla bizə köməklik  göstərən bütün türk dilli ölkələrə təşəkkürümüzü bildiririk.İki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi tarixi hadisədir. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə - siyasi, iqtisadi, ideoloji, humanitar və digər sahələrdə davamlı inkişafını təmin edir. Eyni zamanda, Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Respublikalarımızın üzləşdiyi bir çox problemlər var ki, biz bu məsələlərdə bir olmalıyıq”.Qeyd edək ki, Qurultayda Talip Geylan növbəti dəfə Türk Egitim-Senin başqanı seçilib.  14002.jpg 71.13 KB13999.jpg 67.67 KB13993.jpg 59.41 KB13984.jpg 56.04 KB13982.jpg 89.77 KB13973.jpg 75.07 KB14003.jpg 76.93 KB

27.02.2022

Qisas qiyamətə qalmadı

Qisas qiyamətə qalmadı

Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u Xocalının intiqamını döyüş meydanında aldı.Əsrin faciəsi kimi tarixə yazılan Xocalı qətliamı qəlblərdə yaşanan ağrı-acı, qaysaqlamayan yaradır. İnsanlığa qarşı amansız soyqırımı və bir gecədə məhv edilən şəhərdir – Xocalı…Bəşər tarixinin ən dəhşətli qətliamlarından biri hesab olunan bu faciənin yükünü illərdir sinəmizdə daşıyırıq. Fevralın 26-da hamılıqla birləşib hər yana səs salırıq, günahsız körpələrin haqq səsini, ruhların harayını dünyaya yayırıq. İstədiyimiz tək ədalətdir, Xocalıya ədalət!Bəşər tarixi belə tükürpədici mənzərə görməmişdi.Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilən qəddar vandalizm aktı idi. Miqyası baxımından yalnız 1918-ci ilin mart soyqırımı ilə müqayisə oluna bilərdi. Ermənilərin bu qədim türk torpağında törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan cinayətdir. Dinc şəhər sakinləri qəddarcasına qətlə yetirildi, qocalar, qadınlar, uşaqlar süngüdən keçirildi, meyitlərin üzləri, bədən əzaları doğrandı, kəsildi, tanınmaz hala salındı. Başıaçıq, ayaqyalın qarlı çöllərdən qaçıb canını qurtarmaq istəyən xocalılıları erməni faşistləri əvvəlcədən Ağdama gedən yollar üzərində qurulmuş pusqulardan müxtəlif silahlardan atəşə tutdular. Şəhərin küçələri, ətrafı meyitlərlə, can verən yaralıların ah-naləsi ilə cəhənnəmi xatırladırdı. Hələ bəşər tarixi belə tükürpədici mənzərə görməmişdi. Bir gecədə 106 qadın, 63 uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə hələ də naməlumdur. Şəhər yerləyeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini şikəst edildi. Onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.Ermənilər bu mənzərəni yaratmaqla Azərbaycan xalqının gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etmək istəyirdilər. İgid xocalılıların lokal müqavimətinə baxmayaraq, erməni vandallarının cinayətlərinin qarşısını almaq mümkün olmadı. Çünki o dövrdə Azərbaycan hakimiyyətinin başında qorxaq, iradəsiz, fərasətsiz insanlar dururdu. Onların fərasətsizliyi erməni separatçılarının və havadarlarının torpaq iştahasını daha da artırdı. Azərbaycan Ordusunda vahid komandanlığın yoxluğu faciələrimizə, torpaqlarımızın itirilməsinə səbəb olurdu.Əgər Ulu Öndər Heydər Əliyev fenomeni olmasaydı, kim bilir, bu vandalizm hara qədər davam edəcəkdi. Ona görə də xalq başına gətirilən müsibətdən çıxış yolunu taleyini Heydər Əliyevə tapşırmaqda gördü.Ümummilli Lider respublika rəhbərliyinə gələn kimi ilk addımlarından biri sovet tanklarının, silahlarının yedəyində irəliləyən ermənilərin növbəti hücumlarını dayandırmaq oldu. Xocalı həqiqətlərini dünyaya olduğu kimi tanıtmaq istiqamətində kampaniyaya start verdi. Bu, çox çətin məsələ idi. Çünki ermənilər Qarabağ müharibəsinin təkcə silahlı deyil, həm də siyasi əsaslarını uzun illər qabaq hazırlamışdılar.Gərək nə qədər həyasız millət olasan ki, törətdiyin qətliamları, vandalizmi baçqasının üstünə atasan. Amma ermənilər buna da əl atdılar. Kütləvi qırğından dərhal sonra Xocalıya 32 ölkədən 47 jurnalist dəvət edib xarabazara çevrilmiş şəhəri dünyaya göstərib ağlaya-ağlaya deyirdilər ki, “azərbaycanlılar Xocalını yandırıb getdilər”, “azərbaycanlılar günahsız erməniləri qırdılar”.Belə bir şəraitdə artıq xalqımızı dünyaya vəhşi obrazında təqdim etmiş əsl cinayətkarları tanıtmaq nə qədər çətin idi. Ümummilli Lider yalan məlumatlarla formalaşmış münasibəti öz müdrik siyasi iradəsi sayəsində dəyişə bildi. Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə 1994-cü ilin fevral ayında Azərbaycan Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdi. Milli Məclisin qərarı ilə 26 Fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olundu, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17:00-da ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi.Unutmadıq, susmadıq, and içdik.Torpaqlarımız itirilsə də, soyqırımlara məruz qalsa da, xalqımız bu qətliamlardan, faciələrdən qorxmadı, çəkinmədi. Bu qanlı qırğının törədildiyi vaxtdan illər keçsə də, faciənin dəhşətləri hələ də unudulmayıb, unudulmayacaq da.Nə qədər ki beynəlxalq aləm XX əsrin dəhşətli faciəsi sayılan bu soyqırımına layiqli qiymət verməyib, günahkarlar cəzalandırılmayıb dünya azərbaycanlıları susmayacaq, illər keçdikcə daha möhkəm hayqıracaqlar.Xalqımız dünya ictimaiyyətindən, nüfuzlu beynəlxalq qurumlardan ədalətli qərarlar tələb edir. Haqqın bərpa olunması, cinayətkarların cəzalandırılması uğrunda yorulmaz mübarizə aparır. Bu mübarizənin önündə isə Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev durur.Düzdür, ölkə Prezidentinin, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyləri nəticəsində artıq dünyanın bir çox ölkəsində Xocalı hadisələri soyqırımı kimi tanınıb. Bu istiqamətdə işlər davam edir.2008-ci ildən, yəni 14 il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” kampaniyası sayəsində dünyanın əksər ölkəsində “Xocalıya ədalət!” sədaları eşidilir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.Bu vaxtadək Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. Bütün bunlar Prezident İlham Əliyevin daxili və xarici siyasətinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, habelə Heydər Əliyev Fondunun dünyada apardığı təbliğatın, haqqa-ədalətə çağırışın nəticəsidir. Hər il dünya ölkələrinin nüfuzlu nəşrlərində faciəyə həsr olunmuş məqalələr çap edilir, televiziya və radiolarda verilişlər hazırlanır. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində bu gün dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin şəkildə pisləyirlər.Xocalı soyqırımının 20-ci, 25-ci və 27-ci ildönümlərində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Azadlıq meydanından “Ana harayı” adibəsinə edilən ümumxalq yürüşləri isə dünyaya səs salıb desək, yanılmarıq.Bu möhtəşəm yürüşlərdə öndə gedən Prezidentin arxasınca yürüyən 70 min insanın ayaq səsləri “Xocalıya ədalət!” hayqırtısı idi. Ali Baş Komandanın iştirakı ilə paytaxtda 3 dəfə  keçirilən ümumxalq yürüşü Azərbaycan dövlətinin Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin növbəti mərhələsi sayılır.Bu yürüşlər Azərbaycan xalqının sıx birliyini, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini bir daha nümayiş etdirdi. Bu aksiyalar təcavüzkar Ermənistana və onun havadarlarına növbəti mesaj idi – xalq işğalla barışmır, barışmayacaq da. Qəlbimizdə alışan qisas alovu ilə Xocalıda şəhid olan, əsir götürülərək min bir işgəncəyə məruz qalan soydaşlarımızın intiqamını alacağımıza and içmişdik – qisas qiyamətə qalmamalıdır. Qalmadı da…28 il sonra alınan qisasBu qətliamdan 28 il sonra andımız gerçəkləşdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi o andın yerinə yetdiyi savaş kimi Azərbaycan tarixində yeni səhifə açdı. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. 44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər.Gücləri yalnız əliyalın insanlara çatan mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq istəsələr də, buna nail ola bilmədilər. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi. Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heç zaman yadlarından çıxarmayacaqları dərs verdilər.Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.Müzəffər Ordumuzun Qalib Komandanı İlham Əliyevin müjdələdiyi 8 Noyabr – Zəfər Günündə insanlar əllərində al qırmızı qərənfillər Şəhidlər xiyabanına, Xocalı soyqırımının daşlaşmış əksi – “Ana harayı” abidəsinə, bölgələrimizdəki şəhid məzarlarına ziyarətə axışaraq “Ruhunuz şad olsun, Vətənimin şəhid övladları, artıq uğrunda can verdiyiniz ana torpağımız, Qarabağ azadlığa qovuşub, Xocalıda qətl edilən günahsız insanların qanı yerdə qalmayıb”, – deyib həm kədər, həm də sevinc göz yaşları axıtdılar…Bu gün ötən əsrin soyqırımının 30-cu ildönümünü Xocalının qisasının alındığı gün kimi yad edirik. Soydaşlarımızın başına gətirilən bu müsibəti hayqırır, Xocalı faciəsində yaşananları bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırırıq. Çatdırırıq ki, dünya birliyi qatil xislətli ermənilərin əsl üzünə yaxından bələd olsunlar.Xocalı soyqırımı hər bir azərbaycanlının qəlbində dərin iz salmış qanlı bir yaradır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu bu yaranı vuran əli artıq kəsib. Cəmi 44 gün davam edən Vətən müharibəsini tarixi zəfərlə başa vuran Azərbaycan ermənilərin 5 il ərzində işğal etdikləri və 30 ilə yaxın bir müddət ərzində qoruyub-saxlamaq məqsədilə istehkamlar tikdiyi torpaqları geri aldı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Azərbaycanın bu tarixi qələbəsi həm də bütün Cənubi Qafqazı erməni faşizmindən xilas etdi. Çünki erməni separatizminin utopik “böyük Ermənistan” ideyası, sadəcə, Azərbaycan üçün deyil, həm də bütün region ölkələri üçün əsl təhlükə idi. Amma Azərbaycanın “dəmir yumruğ”u bu təhlükənin qarşısını almaq üçün ən yetərli arqumentdir.Erməni faşistləri artıq İkinci Qarabağ müharibəsinin nəticələrindən ibrət götürməli və bundan sonra əllərinin ardınca başlarından da məhrum olmaq istəmirlərsə, özgəsinin torpaqlarına tamah salmaqdan və ən əsası da terrorçu əməllərindən birdəfəlik əl çəkməlidirlər. Əks təqdirdə qalib sərkərdə kimi Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edən Prezident İlham Əliyevin söylədiyi kimi, istənilən cəhdə qarşı tədbirlər görüləcək, təxribatçılar dərhal cəzalandırılacaq. Ermənistan əhalisi yaxşı bilir ki, Azərbaycan Prezidenti söylədiyi fikirləri reallığa çevirən liderdir. Əgər bundan sonra  separatçı, revanşist qüvvələr baş qaldırsa, nəticəsi onlar üçün çox ağır və  acı olacaq.

26.02.2022

AHİK-in rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib

AHİK-in rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib

Fevralın 26-da bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 30-cu ildönümüdür.Bununla əlaqədar olaraq, fevralın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi hadisə qurbanlarının şərəfinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.Abidə önünə güllər düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.1-4.jpg 191.38 KBE21A0789-1.jpg 205.82 KB2-4.jpg 238.86 KB

25.02.2022

Təhsil müəssisələrində Xocalı Faciəsinin 30-cu ildönümü qeyd olunub

Təhsil müəssisələrində Xocalı Faciəsinin 30-cu ildönümü qeyd olunub

ATİAHİ Salyan rayon komitəsi Xocalı soyqırımının 30-cu ildönümünə ilə bağlı ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirib.Tədbirlərdə Xocalı soyqırımı haqqında məlumat verilərək məktəblilərin diqqətinə çatdırılıb ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib.Vurğulanıb ki, bu qanlı hadisəni xalqımız heç vaxt unutmamalı, soyqırımı qurbanlarının xatirəsini daim yaşatmalıdırlar.Qeyd edək ki, tədbirlərin təşkil olunmasının əsas məqsədi həlak olanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini yüksəltmək, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdan ibarətdir.WhatsApp Image 2022-03-02 at 10.23.52.jpeg 95.84 KBWhatsApp Image 2022-03-02 at 10.23.49.jpeg 83.03 KBWhatsApp Image 2022-03-02 at 10.23.50.jpeg 94.2 KBWhatsApp Image 2022-03-02 at 10.23.51.jpeg 132.93 KBWhatsApp Image 2022-03-02 at 10.23.51 (1).jpeg 126.43 KB

25.02.2022

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib. Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.Əvvəlcə Xocalı faciəsi qurbanlarının, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətindən danışıb.Onun sözlərinə görə, ermənilərin millətçi-şovinist siyasətinin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur: “Azərbaycan toponimlərini dəyişmək, münbit əraziləri ələ keçirmək, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmaq şovinist erməni xislətinin əsas əlamətləridir. Onlar əsasən keçid dövrlərini, siyasi kataklizmləri özləri üçün əlverişli hesab etmiş və müəyyən təxribatlar, ağır cinayətlər törətmişlər”.AHİK sədri qeyd edib ki, ermənilər sovet hakimiyyəti dövründə - 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilməsinə məkrli planları ilə nail olmuşlar.O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edərkən ermənilərin Qarabağa olan iddialarının qarşısını qətiyyətlə alırdı: “Müdrik siyasəti, qabaqlayıcı tədbirləri, Qarabağda gördüyü abadlıq-quruculuq işləri və mədəni tədbirləri ilə ermənilərin qərəzli planlarını alt-üst edirdi. Nə qədər cidd-cəhd etsələr də, öz çirkin istəklərinə nail ola bilmirdilər. Ulu öndər Möskvada sovet rəhbərliyində təmsil olunan zamanlarda da ermənilərin əsasız iddialarının qarşısında sipər çəkmişdi, onlar səslərini belə çıxara bilmirdilər. Təəssüflər olsun ki, Heydər Əliyev böyük siyasətdən xəyanətkarcasına uzaqlaşdırıldıqdan cəmi 25 gün sonra Qarabağ məsələsi yenidən ortaya atıldı və alovlanmağa başladı”.“Xocalı faciəsi yalnız xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət idi. Ermənilər tərəfindən məqsədli şəkildə törədilmiş bu qanlı cinayət hadisəsi Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi çox ağır və dəhşətlidir. Faciənin nəticələrindən belə qənaətə gəlmək olur ki, burada ermənilərin əsas məqsədi Xocalını yer üzündən silmək olub. Bu vəhşi əməliyyatda ermənilərlə yanaşı, Xankəndindəki 366-cı alayın 3 batalyonu, habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar da yaxından iştirak etmişdilər. Hadisənin təşkilatçıları və ümumiyyətlə, birbaşa Xocalı soyqırımını törədənlər Robert Koçaryan, Serj Sarkisyan və digərləri olmuşlar. Hansı ki, bu cinayətkarlar, əlləri minlərlə dinc azərbaycanlının qanına bulaşmış qatillər uzun illər Ermənistana rəhbərlik etmişlər”, - S.Möhbalıyev bildirib.Xocalı faciəsinə ilk siyasi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini xatırladan Milli Məclisin deputatı bildirib ki, məhz onun 1994-cü ildə imzaladığı fərmanla 26 fevral - Xocalı Soyqırımı və Milli Matəm Günü elan olunmuşdur.“2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası uğurla davam etdirilir. Kampaniya Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu qanlı faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında əhəmiyyətli rol oynayır, artıq bir sıra ölkələrdə bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilir”, - S.Möhbalıyev deyb.Bu vaxtadək Xocalı soyqırımı ilə bağlı Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələrinin qəbul edildiyini qeyd edən Konfederasiya sədri faciənin ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanındığını əlavə edib: “Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin, habelə Heydər Əliyev Fondunun dünyada apardığı təbliğatın, haqqa-ədalətə çağırışın nəticəsidir”.“Azərbaycan həmkarlar ittifaqları da Xocalı soyqırımı ilə bağlı keçirilən kampaniyalarda, tədbirlərdə yaxından iştirak edir, öz dəstəyini göstərir. Həmçinin müxtəlif vaxtlarda Xocalıdan olan məcburi köçkünlərə maliyyə dəstəyi də göstərmişik”, - AHİK sədri vurğulayıb.“Bütün şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Çünki uğrunda can verdikləri Vətən torpağı bu gün azaddır. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il Ermənistanın işğalı altında olan torpaqlarımızı cəmi 44 gündə azad etdi. Babalarımızdan bizə miras qalan “Güc birlikdədir”, “Birlik olmayan yerdə dirilik də olmaz” kəlamlarını əsas tutaraq Ali Baş Komandanın ətrafında dəmir yumruğa dönən xalqımız qələbəmizin əsas təminatçısı oldu. İnanırıq ki, Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi möhkəm birlik əbədi olacaq, bizi növbəti, daha böyük qələbələrə sövq edəcək”, - S.Möhbalıyev fikrini belə tamamlayıb.274850685_4875257789195780_4924847891090641153_n.png 529.09 KB274713403_4875257035862522_9055378268408973608_n.png 405.81 KB274717108_4875258165862409_4391395132770525760_n.png 405.22 KB

24.02.2022

AHİK sədri Səttar Möhbalıyev Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin yubiley tədbirində iştirak edib

AHİK sədri Səttar Möhbalıyev Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin yubiley tədbirində iştirak edib

Fevralın 24-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin 30 illiyi münasibətilə yubiley tədbiri keçirilib.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, dahi Liderə və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.Otuzillik yubiley münasibətilə daimi nümayəndəliyin kollektivini və tədbirdə iştirak edən qonaqları təbrik edən Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov giriş nitqi ilə tədbiri açaraq rəhbərlik etdiyi daimi nümayəndəliyin yaranma tarixi, keçdiyi çətin və mürəkkəb yol, fəaliyyət istiqamətləri barədə ətraflı çıxış edib.Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev çıxışında Naxçıvanın geosiyasi mövqeyi, blokada şəraitində yaşadığı üçün respublikamızın paytaxtı ilə əlaqələrinin yaradılmasında rahatlığın təmin olunması məqsədilə yaradılan Daimi Nümayəndəliyi, doğrudan da, ulu öndər Heydər Əliyevin böyük mənaya malik olan əsəri kimi dəyərləndirib. Prezident İlham Əliyevin və Vasif Talıbovun müasir Naxçıvanın inkişafında xüsusi xidmətlərini yada salan AHİK sədri Naxçıvanın daimi nümayəndəliyinin respublikamızda çoxşaxəli fəaliyyətini, onun nüfuzunun artmasını ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa diqqəti ilə əlaqələndirib. Deputat eyni zamanda 30 illik yubiley münasibətilə kollektivi təbrik edib.sedr-nm-1.jpg 408.7 KB164570012349928555_1000x669.jpg 402.58 KB16457001255138950646_1000x669.jpg 327.47 KB

24.02.2022

Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur

Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur

“Azərbaycanın qonşu dövlətlərlə münasibətləri mehriban qonşuluq prinsiplərinə əsaslanır, etibarlı tərəfdaş kimi hər zaman öz dəyişməz mövqeyini nümayiş etdirir. Dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini regionda sülh və təhlükəsizliyin, sabitliyin təmin olunması təşkil edir. Təbii ki, bu, region dövlətlər tərəfindən yüksək qiymətləndirilir və Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər. Bu xüsusda Rusiya ilə münasibətlərimizi yüksək dəyərləndirərdim. Bütün sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Deyərdim ki, bu münasibətlər hər iki dövlətin qarşılıqlı maraqları çərçivəsində bütün sahələrdə özünü göstərir və hər iki dövlətin milli mənafeyinə əsaslanır. İqtisadi-ticari əlaqələrimizə nəzər salsaq, görərik ki, bu sahədə ildən-ilə artım müşahidə olunur. Belə ki, əmtəə dövriyyəsinin həcmi 3 milyard dolları keçib. Bu da, təbii ki, yüksək göstəricidir. Ölkəmizdə qeyri-neft sektorunun sürətli inkişafında da şimal qonşumuzla əlaqələr mühüm rol oynayır. Bu sahədə istehsal olunan mallar daha çox Rusiya bazarlarına ixrac olunur”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, hal-hazıradək ölkələrimiz arasında hüquqi baza təşkil edən 245 sənəd imzalanıb: “Bunların arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il tarixli Müqavilə, dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il tarixli Bəyannamə və hər iki ölkə prezidentlərinin 2018-ci il tarixli Birgə Bəyanatı münasibətlərimizin strateji xarakterini müəyyənləşdirib. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində fevralın 22-də Moskvada imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” bəyannamə artıq münasibətlərimizi müttəfiqlik səviyəsinə qaldırı. Bu da hər iki ölkənin milli maraqlarına tam cavab verir, xalqlarımız arasında mövcud olan dostluq bağlarını daha da möhkəmləndirəcək. Bəyannamə iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmasında əhəmiyyətli rol oynayacaq. Müstəqillik, dövlətlərimizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı məsələsi bəyannamədə xüsusi olaraq vurğulanır və  müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimizin əsasını təşkil edir. Burada sülh və təhlükəsizlik məsələlərinə də xüsusi önəm verilir. Təbii ki, bu da dövlətimizin maraqları ilə tam uzlaşır. Bəyannamədə Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının yer alması diqqət çəkən məqamlardandır. Bildirilir ki, bəyanatların müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək veriləcək. Buradan çıxış edərək deyə bilərik ki, Ermənistan tərəfi imzaladığı bəyanatlarla üzərinə düşən öhdəlikləri mütləq yerinə yetirməlidir. Bu, regionda sabitliyin davamlı olması baxımdan xeyli əhəmiyyətlidir. Qeyd edək ki, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, qalib dövlət olaraq yaratdığı yeni konfiqurasiya, regionda sülh və təhlükəsizlik naminə səyləri, görünür, bütün dövlətlər, o cümlədən Rusiya tərəfindən də yüksək qiymətləndirilir və Azərbaycanla müttəfiqlik münasibətlərində maraqlıdır”.“Ümumilikdə bəyannamə iki ölkə arasında mövcud olan münasibətlərin müttəfiqlik mərhələsinə keçməsinə şərait yaradır. Eyni zamanda iqtisadi əlaqələrin inkişafına, qarşılıqlı investisiya qoyluşunun artmasına, turizim əlaqələrinin genişlənməsinə, bununla da xalqlarımızın rifah halının daha da yaxşılaşmasına yeni imkanlar açacaq. Yeri gəlmişkən, qətiyyətlə deyə bilərik ki, bəyannamə Ermənistanın uydurduğu digər bir mifin məhv olmasına gətirib çıxardı. Onlar uzun illər iddia edirdilər ki, Rusiya Ermənistanın ən yaxın müttəfiqidir. Hətta işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad edərkən ermənilər Rusiyanın onlar tərəfindən döyüşəcəyini iddia edirdilər. Amma dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Ermənistanın bu kimi niyyətlərini puça çevirdi”, – Milli Məclisin deputatı deyib.

23.02.2022

 “Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibləri mükafatlandırılıb

“Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibləri mükafatlandırılıb

Fevralın 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ötən il dekabrın 24-də ali məktəb tələbələri arasında keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibləri mükafatlandırılıb.Tədbirdə çıxış edən Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə qalib komandaları təbrik edib, onlara təhsil sahəsində daha böyük nailiyyətlər arzulayıb.Sonra qaliblərə - Bakı Mühəndislik Universiteti (I yer), Azərbaycan Dövlət İqtisad Universiteti (II yer) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (III yer) komandalarına diplom və qiymətli hədiyyələr təqdim edilib.IMG_8530.JPG 8.16 MBIMG_8532.JPG 7.18 MBIMG_8534.JPG 7.85 MB

22.02.2022

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo