Salyan rayonunun komandası
 Aprelin 28-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Veteranlar Təşkilatı tərəfindən birgə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq, Sabirabad Rayon Olimpiya İdman Kompleksində 2021-2022-ci tədris ilində orta məktəblərin Vlll-X sinif şagirdləri arasında "Şahin" hərbi idman oyununun regional zona birinciliyi keçirilib. Birincilikdə Şirvan şəhəri, Bərdə, Cəlilabad, Biləsuvar, Hacıqabul, Neftçala, Salyan, Beyləqan, İmişli, Saatlı və Cəbrayıl rayonlarının komandaları mübarizə aparıblar. Salyan rayonunun komandası "Şahin" hərbi idman oyununun regional zona birinciliyində II yeri tutub. 1 şəhər və 10 rayon komandası arasında II yeri tutan Salyan komandası "Şahin" hərbi idman oyununun Respublika final mərhələsinə vəsiqə qazanıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo