Azərbaycanda hər zaman şəhid ailələrinə və qazilərə, həmçinin müharibə iştirakçılarına yüksək diqqət göstərilir, bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onlara baş çəklir, maddi-mənəvi dəstək göstərilir. Ölkəmizdə bu istiqamətdə milli həmrəylik yaşanır, dövlət orqanları ilə yanaşı, ictimai qurumlar, o cümlədən həmkarlar ittifaqları da bu nəcib missiyada yaxından iştirak edirlər.
Ənənənin davamı olaraq may 11-də ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova şəhid Zəmanət İbrahimovun doğum günü ilə əlaqədar onun ailəsini ziyarət edib.
Görüş zamanı Y.Ələsgərova bildirib ki, qədirbilən xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində canlarını Vətən yolunda əsirgəməyən qəhrəman oğulların heç zaman unutmur, onları qürurla yad edir. Şəhidin anası, Sarvan kənd tam orta məktəbin işçisi Səidə xanım iki övladının hərbçi olmasından, oğlu Zəmanətin döyüş yolundan danışıb.
Dövlətimizin onlara olan diqqət və qayğısını qeyd edən şəhid anası müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla hər kəsə minnətdarlı edib.