Salyanda şəhid övladlarına baş çəkilib

ATİAHİ Salyan rayon komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları ziyarət olunub, onlara hədiyyələr təqdim edilib.
Görüşlər zamanı ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova ümumbəşəri dəyərlərin əsas tərkib hissəsi olan uşaqlara ölkəmizdə göstərilən diqqət və qayğıdan danışıb: “Azərbaycan hökuməti gələcəyimiz olan balalarımız üçün çox böyük işlər görüb. Onların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Qeyd etmək lazımdır ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır. Dövlət başçısı dəfələrlə öz çıxışlarında qeyd edir ki, “elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”. Bu istiqamətdə həyat keçirilən dövlət siyasəti öz müsbət nəticələrini verir. Hazırda elm, təhsil, texnologiya, mədəniyyət, incəsənət, idman və digər sahələrdə uğur qazanan istedadlı balalarımız bu siyasətin ən bariz nümunələridir. Elə bu günlərdə ilk dəfə ölkəmizdə keçirilən “Teknofest Azərbaycan” festivalında maraqlı və kreativ layihələr təqdim edən şagirdləri misal çəkə bilərik”.
Şəhid ailələri göstərilən diqqətə görə təşkilatçılara təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo