Sumqayıt şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib

Sumqayıt şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib

Sumqayıt şəhərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə  “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib. Konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Laçın, Zəngilan rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir.  Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Konfransda çıxış edən Abşeron rayon komitəsinin sədri Vahid Əliyev, Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev və başqaları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub  ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.IMG_0004.JPG 1.46 MBIMG_0005.JPG 1.5 MBIMG_0006.JPG 1.29 MB

20.05.2023

Salyanda keçirilmiş idman yarışlarının və müsabiqənin qalibləri mükafatlandırılıb

Salyanda keçirilmiş idman yarışlarının və müsabiqənin qalibləri mükafatlandırılıb

Şirvan-Salyan Regional Təhsil İdarəsi və ATİAHİ Salyan rayon komitəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilmiş idman yarışları və inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən, həm sovet, həm də ikinci dəfə ölkəmizə rəhbərlik etdiyi dövrdə təhsil və idman sahəsinə diqqət və qayğısından, gənclərlə bağlı imzaladığı fərman və sərəncamlardan, həmçinin dövlət quruculuğu siyasətindən danışılıb.Sonda qaliblərə Salyan rayon komitəsinin diplom və hədiyyələri verilib.IMG-20230516-WA0028.jpg 189.33 KBIMG-20230516-WA0026.jpg 177.18 KBIMG-20230516-WA0025.jpg 207.45 KBIMG-20230516-WA0024.jpg 264.12 KBIMG-20230516-WA0023.jpg 221.19 KBIMG-20230516-WA0022.jpg 190.92 KBIMG-20230516-WA0021.jpg 211.23 KBIMG-20230516-WA0020.jpg 238.86 KBIMG-20230516-WA0019.jpg 231.4 KBIMG-20230516-WA0018.jpg 234.71 KBIMG-20230516-WA0017.jpg 249.67 KBIMG-20230516-WA0016.jpg 207.27 KBIMG-20230516-WA0015.jpg 222.32 KB

18.05.2023

Bərdə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Bərdə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti regional konfransını Bərdə rayonunda keçirib. Qarabağ Regional Təhsil İdarəsində keçirilən tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ATİAHİ-nin Bərdə, Beyləqan, Saatlı, Beyləqan, Ağcabədi, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Yevlax rayon komitələrinin sədrləri iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Bərdə rayon Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyublar. Sonra iştirakçılar Qarabağ Regional Təhsil İdarəsinin qarşısında regionun təhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.  İclasda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ATİAHİ Ağdam rayon komitəsinin sədri Xalidə Həsənova və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub  ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. IMG_9989.JPG 1.23 MBIMG_9983.JPG 1.31 MBIMG_0003.JPG 1.3 MBIMG_0004.JPG 1.24 MBIMG_0007.JPG 1.35 MBIMG_0010.JPG 1.2 MBIMG_9978.JPG 1.4 MB

12.05.2023

Salyanda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə idman yarışı təşkil edilib

Salyanda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə idman yarışı təşkil edilib

Şirvan-Salyan Regional Təhsil İdarəsi və ATİAHİ Salyan rayon komitəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təhsil işçiləri arasında tennis yarışı keçirilib.Yarışlara tennis üzrə idman ustası Mehman Səmədov hakimlik edib.Gərgin və maraqlı keçən yarışda UGİŞM-in məşqçi-müəllimi Tələt Rüstəmbəyli I yeri, UGİŞM-in məşqçi-müəllimi Ziyafər Burziyev II yeri, 6 №-li tam orta məktəbin müəllimi qazi Murad Feyziyev və Dayıkənd kənd tam orta məktəbin müəllimi İlqar Muradov III yerləri qaznıblar.Qaliblər mükafatlandırılıb.IMG-20230501-WA0011.jpg 99.46 KBIMG-20230501-WA0013.jpg 113.86 KBIMG-20230501-WA0017.jpg 115.01 KB

11.05.2023

AHİK rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

AHİK rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-da – dövlətimizin qurucusu və banisi, xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü günündə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.6-7.jpg 515.11 KB3-11.jpg 504.4 KB5-7.jpg 518.25 KB

10.05.2023

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Tədbirdə Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində respublikamızın həyatında gördüyü misilsiz işlərdən, o cümlədən kənd təsərüffat və sənaye sahəsinin inkişafında xidmətlərindən, elm və təhsilə olan diqqətindən, azərbaycanlı tələbələrin ittifaqının nüfuzlu ali təhsil müəssisələrinə oxumaq üçün göndərilməsindən, Bakıda hərbi liseyin açılmasından, ədəbiyyat və incəsənət xadimlərinə qayğısından, eləcə də müstəqil yaşamağı bacaran Azərbaycanı formalaşdırmasından danışılıb. Həmçinin Ümummilli Liderin müasir müstəqil Azərbaycanı qurmasından, xilaskarlıq missiyasından, dövlət quruculuğu strategiyasından, onun müəllifi olduğu siyasi kursun dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurlu davamı və bugünkü parlaq nəticələrindən bəhs olunub.Ardınca konsertdə ali təhsil müəssəsələrinin tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, şerlər səsləndirilib.Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak ediblər. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 25 ali təhsil müəssisəsi qatılıb.Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir. Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni zamanda festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilib.9-1.jpg 119.33 KB8-2.jpg 141.47 KB7-3.jpg 152.28 KB6-5.jpg 150.97 KB4-5.jpg 173.72 KB3-5.jpg 168.64 KB2-5.jpg 109.11 KB1-6.jpg 223.58 KB

07.05.2023

Salyanda Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib

Salyanda Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib

Salyan rayonunun N.Xəlilov adına Qarabağlı-1 kənd tam orta məktəbində 28 Aprel - Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova bildirib ki, işçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsi, onlar üçün layiqli iş şəraitinin yaradılması istiqamətində Azərbaycan həmkarlar ittifaqları səylə çalışır. ATİAHİ Salyan rayon komitəsi də üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşır. Çalışır ki, ittifaq üzvlərinin bütün hüquqlarını yüksək səviyyədə qorusun.Məktəbin müəllimləri - Zahirə Əliyeva, İlhamə Ağayeva və başqaları çıxışlar edərək əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyətinin əhəmiyyətindən söz açıb, bu aspektdə maarifləndirmə işlərinin daha da gücləndirilməsinin zəruriliyini qeyd ediblər.Sonda Qarabağlı-1 kənd tam orta məktəbi ATİAHİ Respublika Komitəsi tərəfindən keçirilən “Sağlam və təhlükəsiz əmək şəraiti”nin  yaradılması  üzrə “İlin ən yaxşı müəssisəsi” adına layiq görüldüyü üçün fəxri fərmanla təltif edilib. IMG-20230502-WA0018.jpg 55.96 KBIMG-20230502-WA0020.jpg 120.99 KBIMG-20230502-WA0021.jpg 113.36 KBIMG-20230502-WA0022.jpg 60.5 KBIMG-20230502-WA0023.jpg 82.4 KB

03.05.2023

Salyanda Ulu Öndər Heydər  Əliyevin  100 illik  yubileyi münasibətilə dama yarışı  keçirilib

Salyanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə dama yarışı keçirilib

Şirvan-Salyan Regional Təhsil İdarəsi və ATİAHİ Salyan rayon komitəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə dama  yarışı keçirilib. Uşaq Gənclər İdman Şahmat məktəbində təşkil edilən yarışda təhsil  işçiləri iştirak ediblər.Hakim Alim Zamanovun idarə etdiyi yarış gərgin və maraqlı anları ilə diqqət çəkib. Nəticələrə əsasən, 8 №-li məktəbin müəllimi Xeyrulla Abuşov 1-ci, Qızılağac kənd məktəbinin müəllimi Ramin Mirzəyev 2-ci, rayon 6 №-li məktəbin müəllimi Mehman Səfərov 3-cü, Dayıkənd kənd məktəbinin müəllimi Fuad Kazımov isə 4-cü yeri qazanıb. Həmçinin rayonun Marışlı kənd məktəbinin müəllimi Aysel Məhərrəmova da həvəsləndirici yerə layiq görülüb.Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.IMG-20230501-WA0005 (1).jpg 59.07 KBIMG-20230501-WA0008.jpg 98.89 KBIMG-20230501-WA0007.jpg 124.17 KBIMG-20230501-WA0004.jpg 43.04 KBIMG-20230501-WA0006.jpg 98.76 KB

03.05.2023

Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib. “Heydər Əliyev ili”nə həsr olunuş konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayon komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları iştirak edib. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak omuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.   İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir.   Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Daha sonra konfransda Quba rayon Xucbala kənd tam orta məktəbin tarix müəllimi Ayişə Şabutova, Qusar rayon Müəllimlər Evinin direktoru Həsənov Robert, Quba şəhər Texniki Təmayüllü liseyin tarix müəllimi Elxan Məmmədov, Qaraçay kənd tam orta məktəbin tarix müəllimi Bariz Allahverdiyev, Quba-Xaçmaz RTİ-nin Quba sektorunun tarix fənni üzrə metodisti Mənsur İlyasov çıxış edərək mövzu ilə bağlı məruzə ediblər. Tədbirin sonunda şagirdlərin ifasında şeirlər, mahnılar dinlənilib.  IMG_9900.JPG 1.67 MBIMG_9943.JPG 1.59 MB

01.05.2023

AHİK tərəfindən 2022-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

AHİK tərəfindən 2022-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən müəyyən olunmuş 2023-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “Əmək sferasında sağlam və təhlükəsiz əmək şəraiti əsas prinsip və hüquq kimi” devizi altında baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həzəyev, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.Tədbirdə çıxış edən Səttar Möhbalıyev öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət quruculuğu siyasətindən, xilaskarlıq missiyasından, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, iqtisadi qüdrətindən, uğurlu beynəlxalq siyasətindən danışıb. Sonra AHİK sədri bildirib ki, 2022-ci il ərzində həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə 313 müəssisə və təşkilatda ictimai müayinə həyata keçirib, 1212 pozuntu aşkar edib, onların 89 %-nin aradan qaldırılmasına nail olunub: “Nəticədə 39 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 251 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisələrdə il ərzində xəsarət alanların sayı 31% azalaraq 126 nəfərdən 88 nəfərədək enib, bədbəxt hadisədən ölənlərin sayı isə 17 nəfərdən 18 nəfərədək artıb. Əməyin mühafizəsinə dair tədbirlərin həyata keçirilməsinə ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə sahə həmkarlar ittifaqı komitələrinin texniki əmək müfəttişləri və əməyin mühafizəsi komissiyaları tərəfindən həyata keçirilən ictimai nəzarət sayəsində 349 tədbir keçirilib, attestasiya olunmuş iş yerlərinin sayı 90 %-ə, tibbi müayinədən keçirilən işçilərin sayı isə 92 %-ə çatdırılıb. Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə yeni 7 əməyin mühafizəsi kabineti və 73 güşə yaradılıb, bununla da kabinetlərin sayı 37-ə, guşələrin sayı isə 710-a çatdırılıb. Bütün bu tədbirlərin keçirilməsinə baxmayaraq, müəssisələrdə əməyin mühafizəsinə ayrılan maliyyə vəsaiti əvvəlki müvafiq dövrlə müqayisədə 9.5 %, hər işçiyə görə isə 11.3 % azalıb”.Səttar Möhbalıyev deyib ki, BƏT-nin məlumatına görə, hər il istehsalatda 2 – 2,3 milyon insan həyatını itirir. Onlardan 300 000 nəfəri istehsalat xəsarətləri nəticəsində, 1,7 – 2 milyon nəfəri isə müxtəlif peşə xəstəliklərdən ölür.Onun sözlərinə görə, müasir standartların tələbinə uyğun gəlməyən, tətbiq olunan texnoloji proseslərdə heç bir qayda və təlimatlara cavab verməyən iş yerləri hələ də mövcuddur. Qarşımıza qoyduğumuz hədəflərdən biri də, məhz bu müəssisələrdə normalara uyğun iş yerləri yaratmaqdır.Digər çıxış edənlər Azərbaycanın iqtisadi göstəricilərindən, bütün sahələrdə qaznılmış nailiyyətlərdən, ölkəmizdə əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində görülən işlərdən, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq qurumların, o cümlədən həmkarlar ittifaqlarının atdığı addımlardan bəhs ediblər.Sonra müsabiqənin qalibi olmuş 23 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.Məlumat üçün əlavə edək ki, 2022-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmiş 2150-dən artıq müəssisə, təşkilat, sex və sahədən yalnız 48 ən yaxşı müəssisənin sənədi daxil olub. Həmin 48 qurunun yüksək göstəriciləri müəyyənləşdirilərək İcraiyyə Komitəsinin müzakirəsinə verilib və onlar yekdilliklə qalib elan ediliblər.Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən hər il keçirilir. Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması, həmçinin işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır. Ötən dövr ərzində müsabiqəyə 22 000-dən çox müəssisə və təşkilat qatılıb, onlardan 530-u qalib elan olunaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

29.04.2023

Astara rayonunda “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Astara rayonunda “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Astara rayonunda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib. Rayonun Heydər Əliyev Mərkəzində təşkil edilən konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı, Masallı, Salyan, Hacıqabul, Şirvan, Sabirabad, İmişli rayon komitələrinin sədrləri və fəalları iştirak ediblər.Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.Konfransda çıxış edən ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Sonra Ümummilli lider Heydər Əliyevlə bağlı video çarx nümayiş etdirilib, “”Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi, Astara şəhər 1 saylı tam orta məktəbin 10a sinif şagirdi Həsənli Leylanın təqdimatı dinlənilib. Daha sonra ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, Hacıqabul rayon komitəsinin sədri Kifayət Əmirbəyova, Yardımlı rayon komitəsinin sədri Azər Ələkbərov, Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi Gülayə Babazadə və Astara şəhər  şəhər 3 saylı tam orta məktəbin HİK sədri Böyükxanım Məmmədova çıxış ediblər. IMG_9861.JPG 1.3 MBIMG_9873.JPG 1.25 MBIMG_9874.JPG 1.21 MBIMG_9876.JPG 1.24 MBIMG_9879.JPG 1.33 MBIMG_9884.JPG 1.26 MBIMG_9896.JPG 1.43 MB

17.04.2023

“Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti zona konfransı Şəkidə keçirilib

“Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti zona konfransı Şəkidə keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Heydər Əliyev ili” ilə bağlı silsilə tədbirlərini davam etdirir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş növbəti zona konfransı Şəki şəhərində keçirilib. Şəki Heydər Əliyev Mərkəzində təşkil edilən konfransın mövzusu “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” olub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, ATİAHİ-nin Ucar, Yevlax, Zərdab, Göyçay, Ağdaş, Şamaxı, Ağsu, Mingəçevir, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Şəki, Zaqatala, Balakən rayon komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderin Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçəklər qoymuşlar. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu öndərin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir. Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Daha sonra konfransda Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir  müavini  Günay Mahmudova, ATİAHİ İsmayıllı  rayon komitəsinin sədri  Hafiz Kərimov, Qax rayonu 2 saylı tam orta  məktəb - liseyin  direktoru Aybəniz Məmmədova, Əməkdar müəllim, HİK veteranı Şəfaqət Rəsulov, Zaqatala rayonu üzrə Təhsil Sektorunun  metodisti  Rəcəb Əlizadə, Oğuz  rayonu üzrə Təhsil Sektorunun metodisti Günel Abdullayeva və başqaları çıxış ediblər. Sonra ATİAHİ Şəki rayon komitəsinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar müəllim  arasında  keçirdiyi «Heydər  Əliyev mənim üçün kimdir?» və şagirdlər arasında keçirilmiş «Ürəklərdə yaşayan lider» inşa-yazı müsabiqəsində yer tutmuş qaliblər mükafatlandırılıb. Mükafatlandırma mərasimində çıxış edən ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva bildirib ki, iştirakçılara təşəkkür edib və rayon komitəsinin bu kimi tədbirləri il ərzində davam etdirəcəyini bildirib. Tədbirin sonunda şagirdlərin ifasında şeirlər, mahnılar dinlənilib, rəqs nömrələri nümayiş etdirilib. CSC_9896 (1).JPG 10.58 MBDSC_9837.JPG 8.23 MBDSC_9903.JPG 7.34 MBDSC_9924.JPG 7.21 MBDSC_9990.JPG 7.23 MBDSC_0025.JPG 7.62 MBDSC_9958.JPG 7.16 MBDSC_9950.JPG 6.96 MBDSC_9945.JPG 7.09 MBDSC_9942.JPG 6.56 MBDSC_9928.JPG 7.64 MBDSC_9877.JPG 6.35 MBDSC_0010.JPG 6.33 MBCSC_9916.JPG 10.01 MB

10.04.2023

Salyanda “Heydər Əliyev İli” çərçivəsində şahmat yarışı keçirilib

Salyanda “Heydər Əliyev İli” çərçivəsində şahmat yarışı keçirilib

 ATİAHİ Salyan rayon komitəsi və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə təhsil işçiləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar şahmat yarışı keçirilib.Rayonun Uşaq Gənclər İdman Şahmat Məktəbində baş tutan yarışa 25-ə yaxın təhsil işçisi qatılıb. Açılış mərasimində rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, Təhsil  sektorunun, ATİAHİ Salyan rayon komitəsinin nümayəndələri çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.Gərgin və maraqlı keçən yarışda Dayıkənd kənd tam orta məktəbin biologiya müəllimi Fuad Kazımov I, şəhər 6 №-li məktəbin hərbi rəhbəri Murad Feyziyev II, 6 №-li məktəbin idman müəllimi Rafiq Zeynalov III, Quyçu kənd ümumi orta məktəbin texnalogiya müəllimi Seyran Nuriyev IV yeri tutub.Qaliblərə Salyan rayon komitəsi tərəfindən diplom və mükafatlar verilib.IMG-20230405-WA0010.jpg 190.61 KBIMG-20230405-WA0011.jpg 202.52 KBIMG-20230405-WA0016.jpg 170.27 KBIMG-20230405-WA0013.jpg 191.69 KBIMG-20230405-WA0014.jpg 134.57 KBIMG-20230405-WA0012.jpg 187.2 KBIMG-20230405-WA0015.jpg 154.26 KBIMG-20230405-WA0020.jpg 358.35 KB

10.04.2023

Sumqayıt Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi

Sumqayıt Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi

Aprelin 4-də Sumqayıt Dövlət Universitetində ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi.Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır.Müsabiqədə tələbələrimiz incəsənətin müxtəlif janrlarında öz bacarıqlarını nümayiş etdirdilər. Tələbələrin müxtəlif sahələr üzrə -ifaçılıq, rəqs, bədii qiraət, aşıq havalarını ifaetmə bacarıqları münsiflər heyəti tərəfindən maraqla qarşılandı.İstedadlı tələbələrin müəyyən edilməsi Azərbaycan Respublikasının tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti - Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi, yekun konsertin quruluşçu rejissoru Hafiz Quliyev, Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli tərəfindən həyata keçirildi.Müsabiqənin sonunda münsiflər heyəti iştirakçılara təklif və tövsiyələrini verdi, tələbələrə uğurlar arzulayaraq, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək. Qaliblər Elm və Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.DSC_4396.JPG 8.55 MBDSC_4312.JPG 9.04 MB

05.04.2023

ATİAHİ Salyan rayon komitəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Novruz tədbiri keçirilib

ATİAHİ Salyan rayon komitəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Novruz tədbiri keçirilib

ATİAHİ Salyan rayon komitəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı tədbiri keçirilib.Tədbirdə Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, rayon Təhsil sektorunun müdiri Razıgül Dadaşova, ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, YAP-ın rayon üzrə sədri  Elmar  Əhmədov, şəhid anaları, şəhidlərin həyat yoldaşları, Vətən müharibəsi iştirakçıları, qazilər və rayonun fəal təhsil işçiləri iştirak ediblər.Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova çıxış edərək Novruz bayramı haqqında məlumat verib və bildirib ki, bayramlar içində bir bayram daha var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır. Novruz “təzə il” deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruz gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın.Sonra S.Mənsimli, R.Dadaşova, Ə.Məmmədov, E.Əhmədov çıxışlar edərək iştirakçıları bayram münasibətilə təbrik ediblər.Şəhid anaları Vətən müharibəsində şəhid olmuş övladları ilə bağlı xatirələrini bölüşüblər.Sonda Azərbaycanın Milli Qəhrəmanı şəhid Sübhan Cəbrayılovun anası Nəzifə xanım, şəhid Əmrah Həmidovun anası Pakizə xanım və başqaları bütün şəhid analarına başsağlığı verib, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür ediblər. Screenshot_20230328-105053_Facebook.jpg 158.68 KBScreenshot_20230328-105124_Facebook.jpg 159 KBScreenshot_20230328-105133_Facebook.jpg 147.05 KBScreenshot_20230328-105150_Facebook.jpg 155.37 KBScreenshot_20230328-105157_Facebook.jpg 171.72 KBScreenshot_20230328-105205_Facebook.jpg 188.97 KBScreenshot_20230328-105212_Facebook.jpg 173.02 KB

30.03.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo