Salyanda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə idman yarışı təşkil edilib

Şirvan-Salyan Regional Təhsil İdarəsi və ATİAHİ Salyan rayon komitəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təhsil işçiləri arasında tennis yarışı keçirilib.

Yarışlara tennis üzrə idman ustası Mehman Səmədov hakimlik edib.

Gərgin və maraqlı keçən yarışda UGİŞM-in məşqçi-müəllimi Tələt Rüstəmbəyli I yeri, UGİŞM-in məşqçi-müəllimi Ziyafər Burziyev II yeri, 6 №-li tam orta məktəbin müəllimi qazi Murad Feyziyev və Dayıkənd kənd tam orta məktəbin müəllimi İlqar Muradov III yerləri qaznıblar.

Qaliblər mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo