Salyanda Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib

Salyan rayonunun N.Xəlilov adına Qarabağlı-1 kənd tam orta məktəbində 28 Aprel - Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova bildirib ki, işçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsi, onlar üçün layiqli iş şəraitinin yaradılması istiqamətində Azərbaycan həmkarlar ittifaqları səylə çalışır. ATİAHİ Salyan rayon komitəsi də üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşır. Çalışır ki, ittifaq üzvlərinin bütün hüquqlarını yüksək səviyyədə qorusun.
Məktəbin müəllimləri - Zahirə Əliyeva, İlhamə Ağayeva və başqaları çıxışlar edərək əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyətinin əhəmiyyətindən söz açıb, bu aspektdə maarifləndirmə işlərinin daha da gücləndirilməsinin zəruriliyini qeyd ediblər.
Sonda Qarabağlı-1 kənd tam orta məktəbi ATİAHİ Respublika Komitəsi tərəfindən keçirilən “Sağlam və təhlükəsiz əmək şəraiti”nin  yaradılması  üzrə “İlin ən yaxşı müəssisəsi” adına layiq görüldüyü üçün fəxri fərmanla təltif edilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo