Şirvan-Salyan Regional Təhsil İdarəsi və ATİAHİ Salyan rayon komitəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə dama yarışı keçirilib. Uşaq Gənclər İdman Şahmat məktəbində təşkil edilən yarışda təhsil işçiləri iştirak ediblər.
Hakim Alim Zamanovun idarə etdiyi yarış gərgin və maraqlı anları ilə diqqət çəkib. Nəticələrə əsasən, 8 №-li məktəbin müəllimi Xeyrulla Abuşov 1-ci, Qızılağac kənd məktəbinin müəllimi Ramin Mirzəyev 2-ci, rayon 6 №-li məktəbin müəllimi Mehman Səfərov 3-cü, Dayıkənd kənd məktəbinin müəllimi Fuad Kazımov isə 4-cü yeri qazanıb. Həmçinin rayonun Marışlı kənd məktəbinin müəllimi Aysel Məhərrəmova da həvəsləndirici yerə layiq görülüb.
Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.