Salyanda “Heydər Əliyev İli” çərçivəsində şahmat yarışı keçirilib

 ATİAHİ Salyan rayon komitəsi və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə təhsil işçiləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar şahmat yarışı keçirilib.

Rayonun Uşaq Gənclər İdman Şahmat Məktəbində baş tutan yarışa 25-ə yaxın təhsil işçisi qatılıb. Açılış mərasimində rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, Təhsil  sektorunun, ATİAHİ Salyan rayon komitəsinin nümayəndələri çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

Gərgin və maraqlı keçən yarışda Dayıkənd kənd tam orta məktəbin biologiya müəllimi Fuad Kazımov I, şəhər 6 №-li məktəbin hərbi rəhbəri Murad Feyziyev II, 6 №-li məktəbin idman müəllimi Rafiq Zeynalov III, Quyçu kənd ümumi orta məktəbin texnalogiya müəllimi Seyran Nuriyev IV yeri tutub.

Qaliblərə Salyan rayon komitəsi tərəfindən diplom və mükafatlar verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo