Salyanda keçirilmiş idman yarışlarının və müsabiqənin qalibləri mükafatlandırılıb
Şirvan-Salyan Regional Təhsil İdarəsi və ATİAHİ Salyan rayon komitəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilmiş idman yarışları və inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən, həm sovet, həm də ikinci dəfə ölkəmizə rəhbərlik etdiyi dövrdə təhsil və idman sahəsinə diqqət və qayğısından, gənclərlə bağlı imzaladığı fərman və sərəncamlardan, həmçinin dövlət quruculuğu siyasətindən danışılıb.
Sonda qaliblərə Salyan rayon komitəsinin diplom və hədiyyələri verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo