Salyan rayon 7 nömrəli məktəb-liseydə Əməkdar müəllim Gülşən Piriyevanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Salyan Rayon Təhsil Şöbəsinin müdürü Razıgül Dadaşova, ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova və digər təhsil nümayəndələri iştirak ediblər.
Görüşdə G.Piriyevanın şərəfli həyat yolundan, müəllim fəaliyyətindən, gənc nəslin tərbiyə olunmasında və Vətənimizə layiqli övlad kimi yetişmələrində misilsiz xidmətlərindən bəhs olunub.
Göstərilən diqqətə görə, təşəkkürünü ifadə edən Əməkdar müəllim bundan sonra da zəngin təcrübəsini ölkə təhsilinin inkişafına həsr edəcəyini qeyd edib. Sonda ad günü münasibətilə G.Piriyevaya müxtəlif hədiyyələr təqdim olunub.