ATİAHİ Salyan rayon komitəsi Xocalı soyqırımının 30-cu ildönümünə ilə bağlı ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirib.
Tədbirlərdə Xocalı soyqırımı haqqında məlumat verilərək məktəblilərin diqqətinə çatdırılıb ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib.
Vurğulanıb ki, bu qanlı hadisəni xalqımız heç vaxt unutmamalı, soyqırımı qurbanlarının xatirəsini daim yaşatmalıdırlar.
Qeyd edək ki, tədbirlərin təşkil olunmasının əsas məqsədi həlak olanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini yüksəltmək, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdan ibarətdir.