Salyan  rayon   Sarvan kənd   tam  orta  məktəbin  direktoru   Müstəcəb  Səmədovun  65 illik  yubileyi  keçirilmişdir
      4 Mart  2022-ci il  tarixdə  ATİAHİ Salyan rayon komitəsinin təşkilatçılığı ilə  Salyan rayonu Sarvan kənd tam orta məktəbin direktoru Müstəcəb Səmədovun 65 illik yubileyi və təqaüdə yola salınması ilə əlaqədar tədbir keçirilmişdir. Məktəbin  dərs hissə Ramil  Babayev Müstəcəb müəllimin tərcümeyi-halı haqda məlumat  vermiş və ona xoş arzularını  bildirmişdir.

        RTŞ-nin metodisti Emin Məlikov Müstəcəb müəllimin savadlı,  təvazökar, işini  sevən, fərqlənən bir direktor olması  haqda  fikirlərini  bildirmişdir.

       Sonra  məktəbin  müəllimlərindən  Nuriyev  Seymur,  Səfərov  Qabil, Sadıqova  Gülbacı  və  başqaları  Müstəcəb  müəllim  haqda  ürək  sözlərini,  arzularını  bildirmişlər. Məktəbin  şagirdləri  şer  parçaları  ilə  Müstəcəb  müəllimi  təbrik  etmişlər.  

       ATİAHİ  Salyan  rayon komitəsinin sədri Yaqut Ələsgərova yubiliyarı təbrik  edərək Rayon komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsini təqdim etmiş, ona  qalan ömür payını sağlam yaşamağı arzu etmişdir.

      Tədbirin  sonunda  xatirə  şəkilləri  çəkilmişdir.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo