Şirvan-Salyan Regional Təhsil İdarəsi və ATİAHİ Salyan rayon komitəsinin birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə Vətən müharibəsi iştirakçısı olan müəllimlər üçün Qəbələ və İsmayıllı rayonlarına tur təşkil edilib. Səfər zamanı Salyan müəllimləri Qəbələdə yerləşən Nohur göl, Yeddi gözəl şəlaləsi, Duyma istirahət mərkəzlərinə baş çəkilib, mənzərəli yerlər seyr edilib. “Yeddi gözəl” istirahət mərkəzində müəllimlər üçün süfrə açılıb, yerli mətbəxin ləziz yeməklərinə qonaq ediliblər.
Səfərin 2-ci günü “Duyma” istirahət mərkəzində Silahlı Qüvvələr Günü münasibəti ilə ATİAHİ Salyan rayon komitəsi tərəfindən Vətən müharibəsində iştirak etmiş təhsil işçilərinə Fəxri fərmanlar təqdim edilib. İştirakçıları onların istirahəti üçün yradılımış şəraitə görə, təşkilatçılara təşəkkür ediblər.