Salyanda təqaüddə olan müəllimlər ziyarət olunub

ATİAHİ Salyan rayon komitəsi tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə uzun illər təhsil sahəsində çalışmış təqaüddə olan müəllimlər ziyarət olunub.
Görüş zamanı müəllimlərin şərəfli fəaliyyətindən, rayon təhsilinin inkişafında xidmətlərindən, yetirmələrinin respublikamızın həyatında rolundan danışılıb. Müəllimlər onlara göstərilən diqqətdən razı qaldıqlarını bildirib, fəaliyyətləri ilə bağlı xatirələrini bölüşüblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo