Salyanda təcrübəli təhsil işçisinin ad günü qeyd olunub

Aprelin 21-də Salyan Rayon Təhsil Şöbəsinin Kadrlar şöbəsi üzrə aparıcı  məsləhətçisi Rəna Şirəliyevanın doğum günü - 65 yaşının tamam olması münasibətilə tədbir keçirilib.
ATİAHİ Salyan rayon komitəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə çıxış edən komitənin sədri Yaqut Ələsgərova R.Şirəliyevanın keçdiyi şərəfli ömür yolundan, fəaliyyətindən, rayonun ictimai-siyasi, o cümlədən təhsil sahəsində xidmətlərindən danışıb.
Təhsil Şöbəsinin müdiri Razıgül Dadaşova, həmçinin məktəb direktorları - Aynur Dadaşova, Aytən Ağalarova, İbadət Cəfərov və təhsil işçiləri R.Şirəliyevanı ad günü münasibətilə təbrik edərək ən xoş və səmimi arzularını çatdırıblar.
Sonda ATİAHİ Salyan rayon komitəsi və Rayon Təhsil Şöbəsi tərəfindən yubiliyara Fəxri  fərman və qiymətli hədiyyələr təqdim olunub. R.Şirəliyeva göstərilən diqqətə görə, təşkilatçılara və iştirakçılara təşəkkür edib.

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo