Salyanda təcrübəli müəllimin yubileyi qeyd olunub
Aprelin 20-də Salyan rayonunun Qarabağlı-2 kənd tam orta məktəbinin müəllimi Faizə Əzizovanın 65 illik yubileyi və təqaüdə çıxması ilə əlaqədar tədbir  keçirilib.
ATİAHİ Salyan rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə məktəbin rəhbərliyi və müəllimləri, şagirdlər, həmçinin məktəbin təqaüddə olan müəllimləri iştirak ediblər. Məktəbin direktor əvəzi Fərqanə Cəbrayılova çıxışında F.Əzizovanın mənalı həyat yolundan, müəllim adını şərəflə daşımasından, rayon təhsilinin inkişafında xidmətlərindən bəhs edib. Vurğulayıb ki, Faizə müəllimin yetirmələrə bu gün ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır.
Məktəbin müəllimləri - Elmira Salahova, Zahid Fərəcov, Yeganə Mirzəliyeva və  başqaları çıxış edərək F.Əzizovanın həm dəyərli insan, həm də nümunəvi müəllim olaraq davranışlarından, gənc müəllimlərə öyüd və nəsihətlərindən, pedaqoji bilik və bacarığından danışıblar.
Məktəb şagirdləri söylədikləri şeir parçaları ilə Faizə müəllimə təbriklərini çatdırıblar.
Sonda yubliyarı təbrik edən ATİAHİ  Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova onu Fəxri fərmanla təltif edib və qiymətli hədiyyələr verib.
 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo