Salyanda “Qəhrəman Təhsil İşçiləri” kitabının təqdimatı olub


ATİAHİ Salyan rayon komitəsinin təşkilatçılığı ilə “Qəhrəman Təhsil İşçiləri” kitabın təqdimat mərasimi olub.

Tədbirdə ŞSRTİ-nin müdiri Sənan Mənsimli, Təhsil sektorunun müdiri Razıgül Dadaşova, ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova iştirak ediblər. Vətən müharibəsində iştirak edən, hazırda təhsil sahəsində çalışan 13 nəfərə və şəhid Vidadi Əhmədovun həyat yoldaşı Zəhra Əhmədovaya ATİAHİ Respublika Komitəsi tərəfindən hazırlanmış “Qəhrəman Təhsil İşçiləri” kitabı verilib. İştirakçılar keçdikləri döyüş yolundan, parlaq Qələbədən, ölkəmizdə şəhid ailələrinə, qazilərə, veteranlara olan ali münasibətdən və dövlət qayğısından bəhs ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo