Salyanda Novruz tədbiri keçirilib

 Martın 16-da ATİAHİ Salyan rayon komitəsinin təşkilatçılığı ilə təhsil sahəsində çalışan veteran döyüşçülərlə, təqaüddə olan  müəllimlərlə  birgə Novruz bayramı tədbiri keçirilib.

Tədbirdə rayon komitəsinin sədri Yaqut Ələsgərova iştirakçıları bayram  münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

O, pandemiyadan sonra keçirilən bu tədbirdə insanlar arasında xoş münasibətin,  səmimiyyətin yaranması haqqda danışaraq elimizin bayram adət-ənənələrindən  söhbət  açıb.

Rayon Təhsil Şöbəsinin müdiri müdiri Razıgül Dadaşova tədbir iştirakçılarını təbrik  edib, Novruz bayramının tarixindən, onun xalqımızın həyatında rolundan, həmrəylik çağrışlarından danışıb.

Sonra Vətən müharibəsi iştirakçılarından Bəhlul Qurbanov, Murad Feyziyev, Abdulla Əliyev, Zamiq Əsgərov, Faiq Abdullayev və başqaları çıxış edərək keçdikləri döyüş yolundan, qazanılmış qələbənin əhəmiyyətindən, müharibə xatirələrindən bəhs ediblər.

Təqaüdçü müəllimlərdən Rəqibə Tağıyeva, Gülzar Babayeva, Edilya Ağalarova, Səlminaz Mahmudova, Əməkdar müəllim Fərqanə Cəbrayılova qazilərə və  müharibə  iştirakçılarına öz ürək sözlərini çatdırıblar.

Tədbirin sonunda ATİAHİ Salyan rayon komitəsi tərəfindən Vətən müharibəsi müəllim veteranlarına Novruz bayramı ilə əlaqədar pul mükafatı və hədiyyələr  təqdim  edilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo