Sentyabrın 10-da Salyan Milli Olimpiya Kompleksində tanınmış pəhləvan, UGİM-in sabiq müəllimi Yaşar Cavadovun xatirəsinə həsr olunan yeniyetmələr və məktəblilər arasinda sərbəst güləş üzrə VII respublika turniri keçirilib.
Turnirdə müxtəlif rayonların məktəbli idmançıları iştirak ediblər. Öncə Azərbaycan Dövlət Himni səslənib və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gərgin və maraqlı keçən yarışmanın qaliblərinə diplom və hədiyyələr təqdim edilib.