Salyanda Əməkdar müəllim Fərqanə Cəbrayılovanın 65 illik yubileyi qeyd edilib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan Təhsil sektorunun metodisti, Əməkdar müəllim Fərqanə Cəbrayılovanın 65 illik yubileyi qeyd edilib.
Tədbirdə təhsil idarəsinin, Salyan Təhsil sektorunun, ATİAHİ Salyan rayon komitəsinin rəhbərliyi və idarənin əməkdaşları iştirak ediblər.
Çıxış edənlər Fərqanə müəllimin mənalı ömür yolundan, təhsil sahəsində qazandığı nailiyyətlərdən, səmərəli pedaqoji fəaliyyətindən danışıb və ona təbriklərini çatdırıblar.
Yubliyar ATİAHİ Respublika Komitəsinin fəxri fərmanı ilə təltif edilib, ona hədiyyələr təqdim olunub.
Qeyd edək ki, F.Cəbrayılovaya 2010-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim adı verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo