Salyan rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Rayon Təhsil sektorunun və ATİAHİ Salyan rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayonun tanınmış ziyalıları, məktəb direktorları, bağça müdirləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər bayram təbriklərini çatdırıb, növbəti ildə rayonun təhsil işçilərinə uğurlar arzulayıblar.
İştirakçılar bir-birindən maraqlı musiqi nömrələri dinləyib, rəqsləri seyr ediblər. Şaxta baba və Qar qızın şən zarafatları şənliyə gözəl rəng qatıb.
Sonda şəhid analarına, müharibə veteranlarına bayram hədiyyələri verilib.