ATİAHİ Salyan rayon komitəsi tərəfindən 44 günlük Vətən müharibəsində iştirak etmiş və hazırda təhsil sahəsində çalışan ittifaq üzvlərinin Qusar rayonunda yerləşən “Şahdağ” istirahət mərkəzində 2 günlük istirahəti təşkil edilib.
İştirakçılar Qusarın görməli yerləri ilə tanış olub, “Şahdağ” istirahət mərkəzində xizək sürüb, kanatla gəzib, qarlı zirvələri seyr ediblər. Təhsil işçiləri könül oxşayan təbiət mənzərələri fonunda xatirə şəkilləri çəkdiriblər.