Fevralın 22-də ATİAHİ Salyan rayon komitəsinin və ilk həmkarlar ittifaqı rəhbərlərinin iştirakı ilə iclas keçirilib. İclasda rayon komitəsinin sədri Yaqut Ələsgərova 2022-ci ildə komitənin gördüyü işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Ardınca tədbirlər planı və illik iş planı ilə bağlı müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib. Həmçinin sənəd nümunələri ilk təşkilat sədrlərinə paylanılıb və müvafiq tövsiyələr verilib.
Sonda Y.Ələsgərova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik yubleyi ilə bağlı qurumun yaranma tarixindən, keçdiyi inkişaf yolundan, gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, beynəlxalq əlaqələrindən danışıb.