“İlin peşəkar gənci” müsabiqəsinin qalibi mükafatlandırılıb

 Salyan rayonunda “İlin peşəkar gənci” müsabiqəsinin qalibi təltif edilib. 
Mərasimdə rayon məktəblərinin direktorları, müəllimləri və rayon ziyalıları iştirak ediblər. ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova təhsildə və ictimai həyatda uğurlu fəaliyyətinə və “İlin peşəkar gənci” müsabiqəsində aktiv iştirakına görə, Salyan rayon Yuxarı Xalac-1 kənd tam orta məktəbin tarix müəllimi Firudin Tahirova ATİAHİ Respublika Komitəsinin Fəxri fərmanını və qiymətli hədiyyəsini təqdim edib. Təqdimat mərasimində çıxış edən ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova qeyd edib ki, dövlət gənclər siyasətinin dəstəklənməsi və bu istiqamətdə tədbirlərin keçirilməsi həmkarlar ittifaqı təşkilatlarının əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Hər il ATİAHİ Respublika Komitəsi gənclərin potensial imkanlarının üzə çıxarılması, onlarda öz peşələrinə marağın artırılması istiqamətində müxtəlif tədbirlər təşkil edir. "İlin peşəkar gənci" müsabiqəsi də bu tədbirlərdən biridir. Salyan rayonunun təhsil müəssisələrində çalışan gənclərin də bu müsabiqədə yaxından iştirak etdiyini qeyd edən Y.Ələsgərova bildirib ki, rayon komitəsi hər zaman gənc müəllimlərin yanındadır.
F.Tahirov müsabiqənin peşəkar səviyyədə təşkil olunduğunu və bunun üçün təşkilatçılara təşəkkür edib. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo